Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Tramp Asiya səfəri zamanı Kim Çen Inlə görüşmək is...
Tramp Asiya səfəri zamanı Kim Çen Inlə görüşmək istədiyini bildirib
Siyasət

Tramp Asiya səfəri zamanı Kim Çen Inlə görüşmək istədiyini bildirib

Xpress.az Redaksiyası 25.10.2025 16:37

ABŞ prezidenti Donald Tramp yaxın günlərdəki Asiya səfəri çərçivəsində Şimali Koreya lideri Kim Çen Inlə görüşməyə hazır olduğunu bəyan edib.

Xpress.az xəbər verir ki, prezident Tramp bu barədə “Air Force One” təyyarəsində jurnalistlərlə söhbəti zamanı deyib:

“Əgər bu barədə məlumat yaymaq istəyirsinizsə, mən açığam. Kimlə münasibətlərimiz əla idi”, – deyə Tramp bildirib.

Tramp və Kim Çen In sonuncu dəfə 2019-cu ildə Koreya yarımadasını iki yerə ayıran hərbisizləşdirilmiş zonada (DMZ) görüşmüşdülər. Həmin vaxt Tramp tarixdə ilk dəfə Şimali Koreya ərazisinə daxil olan ABŞ prezidenti olmuşdu.

Donald Tramp bu dəfə Malayziya və Yaponiyaya səfər edəcək, həmçinin Çin lideri Si Cinpinlə də görüşəcək. Görüşdə iki ölkə arasında ilin əvvəlində tətbiq olunan yeni ticarət rüsumları fonunda aparılan danışıqların müzakirə ediləcəyi gözlənilir.

ABŞ lideri Şimali Koreya ilə münasibətlərdə fərqli yanaşma sərgiləyib. O, prezidentliyinin ilk illərində Kim Çen In-i “kiçik raket adamı” adlandırsa da, daha sonra onunla bir neçə dəfə görüşərək nüvəsizləşmə barədə danışıqlar aparmışdı. Lakin tərəflər həmin dövrdə konkret razılığa gələ bilməmişdilər.

Tramp son açıqlamasında Şimali Koreyanın artıq nüvə dövləti olduğunu deməkdən çəkinməyib:

“Məncə, onlar bir növ nüvə gücünə malikdirlər... Onlarda çox sayda nüvə silahı var, bunu etiraf etmək lazımdır.”

Şimali Koreya lideri Kim Çen In isə ötən ay verdiyi açıqlamada ABŞ-ın “absurd tələblərindən” əl çəkməsi halında Trampla yenidən görüşə hazır olduğunu bildirmişdi:

“Mən hələ də Prezident Trampı xoş xatirələrlə anıram,” – deyə o, dövlət mediası vasitəsilə bəyan etmişdi.

Cənubi Koreyanın birləşmə naziri Çunq Donq Yonq isə Trampın Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində Seula səfəri zamanı belə bir görüşün baş tuta biləcəyini “mümkün ssenari” adlandırıb.

Trampın səfərinin ilk dayanacağı Malayziya olacaq, ardınca o, Cənubi Koreyanın Busan şəhərinə gedəcək. ABŞ prezidenti burada Cənubi Koreya lideri Li Cae Myonqla görüşərək Koreya yarımadasında sülh prosesi və Şimali Koreya ilə dialoqun perspektivlərini müzakirə edəcək.

Trampın Çin prezidenti Si Cinpinlə görüşü isə ticarət müharibəsi fonunda xüsusi əhəmiyyət kəsb edir. O, Çin tərəfindən “nadir torpaq elementlərinin” ixracına qoyulan məhdudiyyətlərə cavab olaraq 100 faiz əlavə gömrük rüsumu tətbiq edəcəyini bəyan edib.

Ekspertlər hesab edirlər ki, Trampın Asiya səfəri yalnız ticarət məsələləri deyil, həm də Koreya yarımadasında gərginliyin azaldılması baxımından mühüm siyasi siqnal ola bilər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək