Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət 56 min ailə ipoteka krediti ilə ev sahibi olub
56 min ailə ipoteka krediti ilə ev sahibi olub
Cəmiyyət

56 min ailə ipoteka krediti ilə ev sahibi olub

Xpress.az Redaksiyası 16.10.2025 15:38


354 milyon manat məbləğində ipoteka krediti verilib

İpoteka və Kredit Zəmanət Fondu Nizamnaməsinə uyğun olaraq 2025-ci ilin yanvar-sentyabr aylarında əhalinin mənzil təminatının yaxşılaşdırılması istiqamətində fəaliyyətini uğurla davam etdirib. Hesabat dövründə Fondun vəsaiti hesabına 354 milyon manat məbləğində ipoteka krediti verilib ki, bunun da 69 milyon manatını güzəştli ipoteka kreditləri təşkil edir.

İlin əvvəlindən adi ipoteka kreditləri hesabına 2565, güzəştli ipoteka kreditləri hesabına isə 816 vətəndaşın və ya ailənin mənzil şəraiti yaxşılaşıb. 2025-ci ildə verilmiş ipoteka kreditlərinin orta məbləği 104800 manat təşkil edib.
Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditlərindən faydalanmasını təmin etmək məqsədilə 01 oktyabr 2025-ci il tarixinə Fond tərəfindən 132 milyon manat məbləğində 1423 ipoteka krediti üzrə zəmanət verilib. 
Ümumilikdə indiyə qədər Fondun vəsaiti hesabına 3 milyard 680 milyon manat məbləğində ipoteka krediti verilib ki, bu da 56 minə yaxın ailənin mənzil şəraitinin yaxşılaşdırılmasına imkan verib. İpoteka kreditlərindən faydalananların 67 faizi gənclər və gənc ailələrdir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək