Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Az maaşla zəngin olmaq mümkündür
Az maaşla zəngin olmaq mümkündür
İqtisadiyyat

Az maaşla zəngin olmaq mümkündür

Xpress.az Redaksiyası 20.10.2025 10:10

Az maaşla işləyib, bir gün zəngin olmaq çoxlarına xəyal kimi görünür. Amma bəzi insanlar sübut edir ki, doğru düşüncə və addımlarla bu tam mümkündür. ABŞ-da yaşayan sahibkar və “The Hyperfocused Entrepreneur” bloqunun müəllifi Entoni Viçino da onlardan biridir.

Valyuta.az xəbər verir ki, Viçino 10 il əvvəl 80 min dollar borcu olan, furgonda yaşayan, minimum maaşla işləyən adi bir gənc idi. Lakin o, düşüncə tərzini dəyişərək və özünə sərmayə qoyaraq cəmi 3 il ərzində ilk milyon dollarını qazanıb.

 “Ən böyük səhv – yanlış insanlardan məsləhət almaqdır”

Viçino deyir ki, bir çox insanın kasıb qalmasının əsas səbəbi yanlış mənbədən məsləhət almasıdır:

“Sağlam olmayan adamdan idman, subay 19 yaşlıdan münasibət, kasıb insandan isə maliyyə məsləhəti almaq olmaz”.

Onun fikrincə, zənginlik düşüncədən başlayır - kimdən öyrəndiyin, kimlərlə ünsiyyətdə olduğun və pul haqqında nə düşündüyün gələcəyini müəyyənləşdirir.

İnanc dəyişmədən varlanmaq mümkün deyil

Viçino bildirir ki, çoxları pulu “pis”, “az” və “qazanması çətin” bir şey kimi görür. Halbu ki, pul yaxşı işlər görməyə və insanlara yardım etməyə imkan verir, pul məhdud deyil, hər kəs üçün kifayət qədər var. Pul qazanmaq çətin deyil - doğru strategiya, sistem və bacarıq lazımdır.

“Əgər inanırsansa ki, pul qazanmaq çətindir, sən elə də yaşayacaqsan. Amma inanırsansa ki, dəyər yaratmaqla pul qazanmaq mümkündür, həyat dəyişir”.

“Əməkhaqqını deyil, gəlir potensialını artır”

Sahibkarın fikrincə, “pul qazanmaq üçün pul lazımdır” düşüncəsi tamamilə yanlışdır: “Pul qazanmaq üçün yaradıcı düşüncə, maliyyə savadı və davamlı düzgün fəaliyyət lazımdır”.

O hesab edir ki, illərlə qənaət etmək və pensiyanı gözləmək artıq köhnə modeldir. Əvəzində insan öz gəlirini artıran bacarıqlara yatırım etməlidir.

“Zəngin olmaq üçün yol xəritəsi” – 5 real addım

Dəyərli bacarıq seç: Kodlaşdırma, dizayn, marketinq, video montaj, maliyyə və ya satış kimi sahələr.

Yetərincə yaxşı ol: Mükəmməlliyə yox, praktik nəticəyə fokuslan.

Dəyər yarat, tanın: Əvvəl insanlara kömək et, sonra qazanc gələcək.

Pulsuzdan pulluya keç: Bacarığını sübut etdikdən sonra xidmətlərini təklif et.

Həddən artıq dəyər təqdim et: Hər zaman gözləniləndən çox ver, qiymətini artırmaqdan qorxma.

“Zənginlik maaşda deyil, düşüncədədir”

Entoni Viçino deyir: “Sadəcə hər ay az-az qənaət edib 40 il gözləmək istəmirdim. Mən indi yaşamaq istəyirdim. Özümə sərmayə qoymaq ən yaxşı investisiyadır”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bu türk ölkəsi eneji içkilərini qadağan edir

05.11.2026 17:58 Dünya

“Zəfər arzuları” adlı sosial aksiya keçirilib -

05.11.2026 17:42 Cəmiyyət

Azərbaycana gətirilən 23 tondan çox quş əti məhv edilib

05.11.2026 17:28 Hadisə

"Qədiroğlu" MMC-nin idxal etdiyi yağın satışı dayandırıldı

05.11.2026 16:47 Hadisə

Dövlət Komitəsində “Bir şəkil” sənədli filminin təqdimatı olub -

05.11.2026 16:43 Ana səhifə

İran Ermənistana xəbərdarlıq edib

05.11.2026 16:17 Dünya

Zəngilan Aqroparkı yaradılıb -

05.11.2026 15:59 Siyasət

Prezident bir qrup media nümayəndəsini təltif etdi -

05.11.2026 15:55 Siyasət

Abşeron Milli Parkı dənizə qədər uzadılacaq

05.11.2026 15:42 Gündəm

Ronaldo yığmada karyerasını bitirdiyini açıqlayıb

05.11.2026 15:29 İdman

Bu avtobuslar yenilənir -

05.11.2026 14:19 Cəmiyyət

Evini kirayə verənlərin diqqətinə - Qaydalar dəyişir

05.11.2026 14:02 Cəmiyyət

Rüblük vergi bəyannamələri ləğv ediləcək

05.11.2026 13:10 Cəmiyyət

İrəvan ziyalılarının Azərbaycan mədəniyyətinə təsiri -

05.11.2026 12:59 Cəmiyyət

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

05.11.2026 12:48 Cəmiyyət

Paşinyan COP31-də iştirak üçün Türkiyəyə gedəcək

05.11.2026 12:41 Gündəm

DTX dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı

05.11.2026 12:35 Hadisə

Əhməd İsmayılov: Azərbaycan Radiosu ədəbi dilin saflığının qorunmasında misilsiz rol oynayıb

05.11.2026 12:14 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək