Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Bakıda binalara dolan qurdlar haradan gəlir? -
Bakıda binalara dolan qurdlar haradan gəlir? -
Cəmiyyət

Bakıda binalara dolan qurdlar haradan gəlir? - Sakinləri təşvişə salan qurdların sirri açıldı

Xpress.az Redaksiyası 20.10.2025 23:45

Bakıda son günlər çoxmərtəbəli binalarda qurdların artması sakinləri ciddi narahat edir. Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 37 və 39 ünvanlarında yerləşən binalarda vəziyyət getdikcə pisləşir. Sakinlər bildirirlər ki, uzun müddətdir dezinfeksiya işləri aparılmadığından qurdlar binadan binaya yayılmağa başlayıb və sanitar vəziyyət təhlükə altına düşüb.

Oxşar mənzərə bir neçə gün əvvəl Xətai rayonunun Gəncə prospektində də yaşanıb. Orada da qurdların çoxalması səbəbindən evlərə dolması sakinlərin rahatlığını pozub.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan heyvanlar üzrə mütəxəssis Samir Məmmədov  bildirib ki, bu qurdların insanlara heç bir zərəri yoxdur:

“Əslində bu qurdlar ancaq ağaclara zərər verə bilir. Daha sonra digər növ bəzi qurdal kimi kəpənəyə çevrilirlər və daha sonra yumurta qoyub prosesi davam etdirirlər. Bu qurdlar ancaq yarpaqlarla qidalanırlar. Onların olduğu yerləri sadəcə dərmanlamaqla kökünü kəsmək olur. Bizə məxsus olan qurd deyil, haradansa başqa ölkədən gəlib. Yəqin ki, hansısa meyvənin içərisində gəlib artıq bir müddətdir ki, Bakıda yayılıb”.

Mütəxəssis qeyd edib ki, isti havalarda bu qurdların fəaliyyəti daha çox olur:

“İsti havalarda daha çox olurlar, nə qədər ki, ağacların yarpaqları yaşıldır, dayanmadan yarpaqlarını yeyib ziyan vururlar.

Onlar pup dövrünə, yəni qurddan kəpənək olmağa keçmək üçün özlərinə yerlər axtarırılar. Bu dövrdə onlara yığışıb qalmağa yer lazım olur, məhz bu səbəbdən ağacdan enib binalara, evlərə, divarlara üz tuturlar. İnsanlara heç bir ziyanları yoxdur, onlardan qorxmağa dəyməz, heç bir xəstəlik daşıyıcısı deyillər”.

Samir Məmmədov söyləyib ki, qurdların qarşısını almaq üçün vaxtında dərmanlama işləri aparılmalıdır:

“Sadə dərmanlama ilə onlar məhv olurlar. Növbəti ildə də həmin ərazilərə dərmanlama ilə yumurtaların qarşısını almaq olur.

Onlar çox sürətlə çoxalırlar və toplu halda insanlar onları gördükləri üçün təşvişə düşüblər. Ağaclarda yaşadıqları vaxtlarda çox görsənmirlər, amma əslində ağaclarda həddindən artıq çox olurlar. Cəmi bir həftəyə bütün ağacın yarpaqlarını yeyib bitirə bilərlər. Dərmanlama ilə onlardan qurtulmaq mümkündür, ciddi problem yaratmırlar”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək