Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Bakıda kirayə qiymətləri:
Bakıda kirayə qiymətləri:
İqtisadiyyat

Bakıda kirayə qiymətləri: Ən ucuz və ən bahalı mənzillər

Xpress.az Redaksiyası 21.10.2025 11:47

Paytaxtın müxtəlif rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin kirayə qiymətləri arasında ciddi fərqlər mövcuddur.

Hazırda kirayəyə verilən ən ucuz 1 otaqlı mənzillərdən biri Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 9 mərtəbəli binanın 5-ci mərtəbəsindədir.

Cəmi 40 kvadratmetr sahəsi olan bu mənzilin kirayə qiyməti 250 manat təşkil edir. Köhnə tikilidə yerləşən mənzil təmirli və əşyalıdır, yalnız ailəli şəxslərə kirayəyə verilir.

Bakıda kirayə verilən ən bahalı 1 otaqlı mənzil isə Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsində yerləşən 7 mərtəbəli binanın 4-cü mərtəbəsindədir. 50 kvadratmetr sahəsi olan bu mənzilin kirayə qiyməti 7 min manatdır. Yeni tikilidə yerləşən mənzil tam təmirli və əşyalıdır.
2 otaqlı mənzillər arasında da kirayə qiymətlərində fərqlər müşahidə olunur.

Ən ucuz 2 otaqlı mənzil Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 6 mərtəbəli binanın 4-cü mərtəbəsindədir. 60 kvadratmetr sahəsi olan bu mənzilin kirayə qiyməti 350 manatdır. Yeni tikilidə yerləşən mənzil təmirli və əşyalıdır, yalnız ailəyə verilir.

Ən bahalı 2 otaqlı mənzil isə yenə də Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsində yerləşən 5 mərtəbəli binanın 3-cü mərtəbəsindədir. Cəmi 75 kvadratmetr sahəsi olan bu mənzilin kirayə qiyməti 6 min manatdır. Yeni tikilidə yerləşən mənzil tam təmirli və əşyalıdır.

Oxşar vəziyyət 3 otaqlı mənzillərdə də nəzərə çarpır.

Ən ucuz 3 otaqlı mənzil Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 5 mərtəbəli binanın 2-ci mərtəbəsindədir. 73 kvadratmetr sahəsi olan bu mənzilin kirayə qiyməti 300 manatdır. Yeni tikilidə yerləşən mənzil təmirli və əşyalıdır, ailələrə və xanımlara kirayə verilir.

Ən bahalı 3 otaqlı mənzil isə Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən "Sea Breeze" yaşayış kompleksində, 8 mərtəbəli binanın 6-cı mərtəbəsindədir. 140 kvadratmetr sahəsi olan bu mənzilin kirayə qiyməti 6 min manatdır. Yeni tikilidə yerləşən mənzil tam təmirli və əşyalıdır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bu türk ölkəsi eneji içkilərini qadağan edir

05.11.2026 17:58 Dünya

“Zəfər arzuları” adlı sosial aksiya keçirilib -

05.11.2026 17:42 Cəmiyyət

Azərbaycana gətirilən 23 tondan çox quş əti məhv edilib

05.11.2026 17:28 Hadisə

"Qədiroğlu" MMC-nin idxal etdiyi yağın satışı dayandırıldı

05.11.2026 16:47 Hadisə

Dövlət Komitəsində “Bir şəkil” sənədli filminin təqdimatı olub -

05.11.2026 16:43 Ana səhifə

İran Ermənistana xəbərdarlıq edib

05.11.2026 16:17 Dünya

Zəngilan Aqroparkı yaradılıb -

05.11.2026 15:59 Siyasət

Prezident bir qrup media nümayəndəsini təltif etdi -

05.11.2026 15:55 Siyasət

Abşeron Milli Parkı dənizə qədər uzadılacaq

05.11.2026 15:42 Gündəm

Ronaldo yığmada karyerasını bitirdiyini açıqlayıb

05.11.2026 15:29 İdman

Bu avtobuslar yenilənir -

05.11.2026 14:19 Cəmiyyət

Evini kirayə verənlərin diqqətinə - Qaydalar dəyişir

05.11.2026 14:02 Cəmiyyət

Rüblük vergi bəyannamələri ləğv ediləcək

05.11.2026 13:10 Cəmiyyət

İrəvan ziyalılarının Azərbaycan mədəniyyətinə təsiri -

05.11.2026 12:59 Cəmiyyət

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

05.11.2026 12:48 Cəmiyyət

Paşinyan COP31-də iştirak üçün Türkiyəyə gedəcək

05.11.2026 12:41 Gündəm

DTX dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı

05.11.2026 12:35 Hadisə

Əhməd İsmayılov: Azərbaycan Radiosu ədəbi dilin saflığının qorunmasında misilsiz rol oynayıb

05.11.2026 12:14 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək