Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Bu ərazilərdə 1040 keçmiş məcburi köçkün məskunlaş...
Bu ərazilərdə 1040 keçmiş məcburi köçkün məskunlaşıb
Cəmiyyət

Bu ərazilərdə 1040 keçmiş məcburi köçkün məskunlaşıb

Xpress.az Redaksiyası 20.10.2025 11:59

Oktyabrın 20-də Xankəndi şəhərində Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu öz işinə başlayıb. Bu barədə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Forumda çıxış edən Prezidentin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəsi Elçin Yusubov son illər ərzində Azərbaycanın keçdiyi əhəmiyyətli tarixi mərhələlər, əldə olunmuş nailiyyətlər və bu uğurlarda vətəndaş cəmiyyəti institutlarının oynadığı roldan danışıb.

Elçin Yusubov çıxışında vurğulayıb ki, Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən 44 günlük Vətən müharibəsi və 2023-cü ildə keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikası öz konstitusiya quruluşunu bərpa edib və suverenliyini bütün ölkə ərazisində təmin etməyə nail olub. Onun sözlərinə görə, bu nəticələr yalnız hərbi və siyasi müvəffəqiyyətlərlə məhdudlaşmır, eyni zamanda ədalətin, qanunun aliliyinin və Konstitusiya prinsiplərinin təmin olunması baxımından da mühüm əhəmiyyət daşıyır.

Xüsusi nümayəndə bildirib ki, bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Dayanıqlı məskunlaşma, yaşıl enerji zonalarının yaradılması, mədəni irsin qorunması və yeni iş yerlərinin açılması, Konstitusiyanın əsas prinsipləri olan insan rifahı, sosial ədalət və inkişafın real təcəssümüdür.

E. Yusubov qeyd edib ki, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə köç planına əsasən 19 yaşayış məntəqəsində əhalinin məskunlaşdırılması istiqamətində işlər davam edir. Artıq 1040 ailə – 4064 nəfər keçmiş məcburi köçkün doğma yurduna qayıdıb. Ümumilikdə bu ərazilərdə 22 mindən çox şəxs məskunlaşıb və bütün sosial xidmətlərlə təmin olunub.

Qeyd olunub ki, bölgədə təhsil, səhiyyə və sosial infrastruktur sürətlə bərpa olunur. Qarabağ Universitetinin, müasir klinikanın, məktəb və uşaq bağçalarının fəaliyyətə başlaması, sahibkarlığın inkişafı və yeni iş yerlərinin yaradılması əhalinin dayanıqlı məskunlaşmasına mühüm töhfə verir. Hazırda ərazidə 546 sahibkarlıq obyektinin fəaliyyət göstərdiyi yerlərdə 3 mindən artıq şəxsin işlə təmin olunduğu, ümumilikdə 65 milyon manatdan çox investisiyanın həyata keçirildiyi vurğulanıb.

Elçin Yusubov çıxışında bildirib ki, işğaldan azad edilmiş ərazilərin inkişafında qeyri-hökumət təşkilatlarının rolu mühüm əhəmiyyət kəsb edir. QHT-lər dövlət siyasətinin həyata keçirilməsində, ictimai nəzarətin gücləndirilməsində, sosial layihələrin təşviqində və reinteqrasiya proseslərində mühüm tərəfdaş kimi çıxış edirlər.

“Qeyri-hökumət təşkilatları işğal dövründə və ondan sonrakı illərdə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, dezinformasiya kampaniyalarına qarşı mübarizədə, insan hüquqları və mədəni irsin qorunması istiqamətində böyük rol oynayıb. Bu gün isə onların qarşısında yeni və strateji vəzifə durur – azad edilmiş ərazilərin reinteqrasiyasında, sosial adaptasiya və bərpa proseslərində fəal iştirak etmək,” deyə Elçin Yusubov vurğulayıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək