Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Ev heyvanı olanların diqqətinə-
Ev heyvanı olanların diqqətinə-
Cəmiyyət

Ev heyvanı olanların diqqətinə- SİZ DƏ QEYDİYYATDAN KEÇƏCƏKSİNİZ!

Xpress.az Redaksiyası 15.10.2025 22:29

Rusiyada ev heyvanlarının — it və pişiklərin — məcburi qeydiyyatı tətbiq oluna bilər.

Xpress.az xəbər verir ki. bu təşəbbüslə Təbii Sərvətlər Nazirliyi çıxış edib və “Heyvanlarla məsuliyyətli rəftar haqqında” qanuna dəyişikliklərin hazırlanmasına başlayıb. Yeni təklifə əsasən, hər bir ev heyvanı vahid dövlət məlumat bazasına daxil edilməlidir.

Qeydiyyat prosesinin mikroçipləmə yolu ilə baytarlıq klinikalarında aparılması nəzərdə tutulur. Bununla yanaşı, alternativ üsullar da müzakirə olunur — məsələn, heyvanlara yaxa və xüsusi etiket taxmaq və ya onların fotoşəkillərini xüsusi onlayn platformaya yükləmək kimi variantlar gündəmdədir.

Layihənin əsas məqsədləri:

İtirilmiş heyvanların tapılmasını asanlaşdırmaq

Sahibin məsuliyyətini artırmaq

Evsiz heyvanların sayını azaltmaq

Təşəbbüs müəllifləri hesab edirlər ki, bu sistemin tətbiqi nəticəsində 5–7 il ərzində evsiz heyvanların sayı əhəmiyyətli dərəcədə azala bilər.

Hazırda bu təklif ictimai müzakirə mərhələsindədir və qanuna rəsmi dəyişikliklərin hansı formada qəbul olunacağı yaxın vaxtlarda dəqiqləşəcək.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək