Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Kartdan-karta pul köçürənlərin
Kartdan-karta pul köçürənlərin
İqtisadiyyat

Kartdan-karta pul köçürənlərin DİQQƏTİNƏ!

Xpress.az Redaksiyası 16.10.2025 09:20

Günümüzdə bank kartlarından geniş istifadə olunması həm gündəlik həyatımızı asanlaşdırır, həm də belə maliyyə əməliyyatlarını rahat şəkildə həyata keçirə bilməyimizə kömək edir.
 

Zaman-zaman çoxumuz kart vasitəsilə müxtəlif məbləğlərdə pul köçürmələri etmişik. Amma bu əməliyyatların vergi öhdəliklərinə təsiri barədə düşünməmişik.


Xüsusilə kartla mütəmadi və iri məbləğli pul köçürmələri edən və ya qəbul edən şəxslər üçün vergi və ya cərimə ilə nəticələnə bilərmi?

Hüquqşünas Əkrəm Həsənov Bizim.Media-ya bildirdi ki, əslində mütəmadi olaraq iri məbləğdə köçürmələr edən və ya alan şəxslər gəlirləri bəyan etməlidir.

“2005-ci ildə qanun qəbul olunmuşdu ki, məmurlar və onların ailə üzvləri gəlir bəyannaməsi verməlidirlər. İndiyə kimi o qanun tətbiq olunmur. Əgər məmurlara tətbiq olunmursa, adi vətəndaşa niyə olunsun? Vətəndaşdan köçürülən pulların mənbəyini soruşanda o, istənilən səbəb deyə bilər. 

Məsələn, deyə bilər ki, borcum var idi, belə hissə-hissə qaytarırdım. Pul mənə babamdan, nənəmdən miras qalıb. Azərbaycanda gəlirlərin mənbəyini demək, gəlir və xərc bəyannaməsi vermək tələbi yoxdur. Marağa səbəb olar bəli, mənbə soruşula bilər.

Amma vətəndaş da min cür səbəb gətirə bilər”.

Müqayisə üçün qeyd edək ki, Avropa və ABŞ-da iri və ya mütəmadi köçürmələr avtomatik olaraq nəzarətə düşür. Gəlirin mənbəyi bəlli deyilsə və ya bəyan olunmayıbsa, bu vergi və maliyyə araşdırmasına səbəb ola bilər. Məsələn ABŞ-da 10,000 dollar və ya daha çox nağd vəsaitin köçürülməsi zamanı banklar və maliyyə qurumları bu əməliyyatı Financial Crimes Enforcement Network-a (Maliyyə Cinayətlərinə Qarşı Mübarizə Şəbəkəsi) bildirirlər.


Banklar “Suspicious Activity Report” (Şübhəli Fəaliyyət Hesabatı) adlı hesabatla şübhəli əməliyyatları müvafiq orqanlara ötürürlər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bu türk ölkəsi eneji içkilərini qadağan edir

05.11.2026 17:58 Dünya

“Zəfər arzuları” adlı sosial aksiya keçirilib -

05.11.2026 17:42 Cəmiyyət

Azərbaycana gətirilən 23 tondan çox quş əti məhv edilib

05.11.2026 17:28 Hadisə

"Qədiroğlu" MMC-nin idxal etdiyi yağın satışı dayandırıldı

05.11.2026 16:47 Hadisə

Dövlət Komitəsində “Bir şəkil” sənədli filminin təqdimatı olub -

05.11.2026 16:43 Ana səhifə

İran Ermənistana xəbərdarlıq edib

05.11.2026 16:17 Dünya

Zəngilan Aqroparkı yaradılıb -

05.11.2026 15:59 Siyasət

Prezident bir qrup media nümayəndəsini təltif etdi -

05.11.2026 15:55 Siyasət

Abşeron Milli Parkı dənizə qədər uzadılacaq

05.11.2026 15:42 Gündəm

Ronaldo yığmada karyerasını bitirdiyini açıqlayıb

05.11.2026 15:29 İdman

Bu avtobuslar yenilənir -

05.11.2026 14:19 Cəmiyyət

Evini kirayə verənlərin diqqətinə - Qaydalar dəyişir

05.11.2026 14:02 Cəmiyyət

Rüblük vergi bəyannamələri ləğv ediləcək

05.11.2026 13:10 Cəmiyyət

İrəvan ziyalılarının Azərbaycan mədəniyyətinə təsiri -

05.11.2026 12:59 Cəmiyyət

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

05.11.2026 12:48 Cəmiyyət

Paşinyan COP31-də iştirak üçün Türkiyəyə gedəcək

05.11.2026 12:41 Gündəm

DTX dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı

05.11.2026 12:35 Hadisə

Əhməd İsmayılov: Azərbaycan Radiosu ədəbi dilin saflığının qorunmasında misilsiz rol oynayıb

05.11.2026 12:14 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək