Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Mərkəzi Bank oktyabrın 22-də nə qərar verəcək?
Mərkəzi Bank oktyabrın 22-də nə qərar verəcək?
İqtisadiyyat

Mərkəzi Bank oktyabrın 22-də nə qərar verəcək?

Xpress.az Redaksiyası 20.10.2025 15:02

Azərbaycan Mərkəzi Bankı (AMB) bu həftə, oktyabrın 22-də uçot faiz dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayacaq. Mərkəzi Bank sonuncu dəfə iyulun 23-də son bir ildə ilk dəfə olaraq uçot dərəcəsini 7,25%-dən 7%-ə endirib, daha sonra isə sentyabrın 10-da bu göstəricini sabit saxlayıb.

Xpress.az xəbər verir ki, iqtisadçı Fuad İbrahimov Kredit.az-a növbəti qərarın hansı istiqamətdə olacağı barədə açıqlama verib. AMB-nin iyul ayında belə bir qərar verdiyini xatırladan iqtisadçı hesab edir ki, uçot dərəcələrinin azaldılması hər zaman iqtisadi aktivliyin artırılmasına xidmət edən bir siyasətdir:

Rublla hesablaşma: Azərbaycanı hansı çətinlik gözləyir? -

“Mərkəzi Bankın bugünkü fəaliyyəti, xüsusilə son üç ildə görülən işlər göstərir ki, qurum müstəqillik dövründə ən çevik, tarazlığı qoruyan və sabitlik istiqamətində addımlayan maliyyə institutlarından biridir. O, mövcud iqtisadi şəraitdə əlindəki bütün alətlərdən məharətlə istifadə etməklə, həm daxili sabitliyi, həm də maliyyə sisteminin dayanıqlığını qorumağı bacarır.

Postpandemiya dövrünün yaratdığı qlobal inflyasiya dalğasının həm dünya, həm də Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərdiyini nəzərə alsaq, bu şəraitdə Mərkəzi Bankın apardığı siyasət ilk növbədə inflyasiyanın cilovlanmasına yönəlmiş effektiv özünümüdafiə mexanizmi formalaşdırdığını deməyə əsas verir.

Mən hesab edirəm ki, bu tarazlığı qorumağa imkan verən fəlsəfə və siyasət hazırda da uğurla davam etdirilir. Uçot dərəcələrinin azalması məsələsinə gəldikdə isə, iyul ayında bunun artıq baş verdiyini xatırlatmaq lazımdır. Əgər bu proses ardıcıl şəkildə davam edərsə, nəzəri baxımdan belə nəticəyə gəlmək olar ki, uçot dərəcəsinin azaldılması iqtisadi aktivliyin artırılmasına xidmət edən yumşaq monetar siyasətin göstəricisidir. Bu addım eyni zamanda inflyasiyanın plan üzrə idarə olunmasına yönəlmiş siyasətin təsdiqi kimi də qiymətləndirilə bilər”.

İqtisadçı bildirib ki, hər bir halda, uçot dərəcəsi azalsa da, stabil qalsa da, mövcud makroiqtisadi tarazlıq fonunda Mərkəzi Bankın monetar siyasəti qorunub saxlanılır:

“Bu istiqamətdə atılan addımlar ümumi iqtisadiyyatın sabit və idarəolunan bir dəhlizdə — yəni üfüqi dalğalanma çərçivəsində inkişaf etdiyini göstərir. Azalma meyli bir daha inflyasiyanın cilovlanmasının və planlı şəkildə tənzimlənməsinin göstəricisidir. Bununla yanaşı, bu proses iqtisadi aktivliyin artırılması istiqamətində atılmış mühüm və müsbət bir addım kimi də dəyərləndirilə bilər. Hər bir halda, konkret zaman və şərait daxilində bu dinamikanı diqqətlə izləmək və qiymətləndirmək vacibdir”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bu türk ölkəsi eneji içkilərini qadağan edir

05.11.2026 17:58 Dünya

“Zəfər arzuları” adlı sosial aksiya keçirilib -

05.11.2026 17:42 Cəmiyyət

Azərbaycana gətirilən 23 tondan çox quş əti məhv edilib

05.11.2026 17:28 Hadisə

"Qədiroğlu" MMC-nin idxal etdiyi yağın satışı dayandırıldı

05.11.2026 16:47 Hadisə

Dövlət Komitəsində “Bir şəkil” sənədli filminin təqdimatı olub -

05.11.2026 16:43 Ana səhifə

İran Ermənistana xəbərdarlıq edib

05.11.2026 16:17 Dünya

Zəngilan Aqroparkı yaradılıb -

05.11.2026 15:59 Siyasət

Prezident bir qrup media nümayəndəsini təltif etdi -

05.11.2026 15:55 Siyasət

Abşeron Milli Parkı dənizə qədər uzadılacaq

05.11.2026 15:42 Gündəm

Ronaldo yığmada karyerasını bitirdiyini açıqlayıb

05.11.2026 15:29 İdman

Bu avtobuslar yenilənir -

05.11.2026 14:19 Cəmiyyət

Evini kirayə verənlərin diqqətinə - Qaydalar dəyişir

05.11.2026 14:02 Cəmiyyət

Rüblük vergi bəyannamələri ləğv ediləcək

05.11.2026 13:10 Cəmiyyət

İrəvan ziyalılarının Azərbaycan mədəniyyətinə təsiri -

05.11.2026 12:59 Cəmiyyət

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

05.11.2026 12:48 Cəmiyyət

Paşinyan COP31-də iştirak üçün Türkiyəyə gedəcək

05.11.2026 12:41 Gündəm

DTX dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı

05.11.2026 12:35 Hadisə

Əhməd İsmayılov: Azərbaycan Radiosu ədəbi dilin saflığının qorunmasında misilsiz rol oynayıb

05.11.2026 12:14 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək