Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Ağdamda Zəfər Gününə həsr olunmuş tədbir keçirildi...
Ağdamda Zəfər Gününə həsr olunmuş tədbir keçirildi
Siyasət

Ağdamda Zəfər Gününə həsr olunmuş tədbir keçirildi - Fotolar

Xpress.az Redaksiyası 08.11.2025 23:45

Bu gün Ağdam Rayon Heydər Əliyev Mərkəzinin qarşısında Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanını, “Şəhidlər” Abidə Kompleksini və Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək şəhidlərin və Ulu öndərin xatirəsini ehtiramla yad ediblər.

Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, mədəniyyət müəssisələrinin, Ağdam Dövlət Dram Teatrının, Ağdam Musiqi Kollecinin dəstəyi, idmançıların iştirakı ilə baş tutan bayram tədbirində Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Milli Məclisin deputatları Bəxtiyar Əliyev, Elman Məmmədov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə zəfərin 5-ci ilinə həsr olunmuş rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar. 

Tədbirdə çıxış edən Vaqif Həsənov və digər natiqlər 2020-ci ilin sentyabrın 27-dən başlayıb, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilməsindən, xalqımızın öz liderinin -  Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirməsindən, ordumuzun 19-20 sentyabr 2023-cü il tarixlərdə həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasından bəhs edilər.

Daha sonra Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə respublikanın Əməkdar artisti Fehruz Səxavətin, kollecin müəllim və tələbələrinin təqdimatında xalq və bəstəkar mahnılarından ibarət musiqi nömrələri, Ağdam Dövlət Dram Teatrının aktyorlarının ifasında müxtəlif növ şeirlər, "Turaci" rəqs qrupunun rəqs nömrələri tədbir iştirakçılarına təqdim edilib.

Sonda Rayon İcra Hakimiyyəti tərəfindən möhtəşəm atəşfəşanlıq təşkil edilib.







Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bu türk ölkəsi eneji içkilərini qadağan edir

05.11.2026 17:58 Dünya

“Zəfər arzuları” adlı sosial aksiya keçirilib -

05.11.2026 17:42 Cəmiyyət

Azərbaycana gətirilən 23 tondan çox quş əti məhv edilib

05.11.2026 17:28 Hadisə

"Qədiroğlu" MMC-nin idxal etdiyi yağın satışı dayandırıldı

05.11.2026 16:47 Hadisə

Dövlət Komitəsində “Bir şəkil” sənədli filminin təqdimatı olub -

05.11.2026 16:43 Ana səhifə

İran Ermənistana xəbərdarlıq edib

05.11.2026 16:17 Dünya

Zəngilan Aqroparkı yaradılıb -

05.11.2026 15:59 Siyasət

Prezident bir qrup media nümayəndəsini təltif etdi -

05.11.2026 15:55 Siyasət

Abşeron Milli Parkı dənizə qədər uzadılacaq

05.11.2026 15:42 Gündəm

Ronaldo yığmada karyerasını bitirdiyini açıqlayıb

05.11.2026 15:29 İdman

Bu avtobuslar yenilənir -

05.11.2026 14:19 Cəmiyyət

Evini kirayə verənlərin diqqətinə - Qaydalar dəyişir

05.11.2026 14:02 Cəmiyyət

Rüblük vergi bəyannamələri ləğv ediləcək

05.11.2026 13:10 Cəmiyyət

İrəvan ziyalılarının Azərbaycan mədəniyyətinə təsiri -

05.11.2026 12:59 Cəmiyyət

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

05.11.2026 12:48 Cəmiyyət

Paşinyan COP31-də iştirak üçün Türkiyəyə gedəcək

05.11.2026 12:41 Gündəm

DTX dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı

05.11.2026 12:35 Hadisə

Əhməd İsmayılov: Azərbaycan Radiosu ədəbi dilin saflığının qorunmasında misilsiz rol oynayıb

05.11.2026 12:14 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək