Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Özəl sektor üçün yeni yük: Artan vergilər, azalan...
Özəl sektor üçün yeni yük: Artan vergilər, azalan gəlirlər
İqtisadiyyat

Özəl sektor üçün yeni yük: Artan vergilər, azalan gəlirlər -Ekspertən açıqlama

Xpress.az Redaksiyası 13.11.2025 09:03

Son günlər özəl sektorda çalışanların gəlir vergisinə dair müzakirələrin yenidən gündəmə gəlməsi ictimai maraq doğurur. Mövcud vergi yükü özəl sektorda çalışan vətəndaşlar üçün ədalətlidirmi, yoxsa bu sahədə dəyişikliklərə ehtiyac varmı? Mövzu ilə bağlı iqtisadçı- ekspert Natiq Cəfərli Xpress.az-a danışdı.

Natiq Cəfərlinin sözlərinə görə, 2019-cu ildə özəl və qeyri-neft sektorunda çalışanlar üçün 7 illik vergi güzəşti tətbiq olunmuşdu. Həmin qərara əsasən, bu kateqoriyaya aid işçilər gəlir vergisindən azad edilərək, əvəzində 10 faiz Dövlət Sosial Müdafiə Fonduna ödəniş etmişdilər.
“Hazırda problem ondadır ki, 10 faizlik sosial müdafiə ödənişi qüvvədə qalır, lakin bundan əlavə 2500 manata qədər maaş alan şəxslərdən 3 faiz gəlir vergisi tutulacaq. Bununla yanaşı, 2,5 faiz tibbi sığorta və işsizlik sığortası üzrə məcburi icbari ödənişlər də əlavə olunur. Nəticədə ümumi vergi yükü təxminən 5,5 faiz artacaq,” – deyə iqtisadçı bildirib.
O qeyd edib ki, bu artım özəl sektorda çalışanların real gəlirlərinə mənfi təsir göstərəcək:
“Mən düşünmürəm ki, özəl sektorda maaş artımı olacaq. Maaşlar eyni qalacaq, amma vergi yükü artacaq. Bu isə vətəndaşların gəlirlərinin azalması deməkdir".

Afaq Qurbanzadə 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bu türk ölkəsi eneji içkilərini qadağan edir

05.11.2026 17:58 Dünya

“Zəfər arzuları” adlı sosial aksiya keçirilib -

05.11.2026 17:42 Cəmiyyət

Azərbaycana gətirilən 23 tondan çox quş əti məhv edilib

05.11.2026 17:28 Hadisə

"Qədiroğlu" MMC-nin idxal etdiyi yağın satışı dayandırıldı

05.11.2026 16:47 Hadisə

Dövlət Komitəsində “Bir şəkil” sənədli filminin təqdimatı olub -

05.11.2026 16:43 Ana səhifə

İran Ermənistana xəbərdarlıq edib

05.11.2026 16:17 Dünya

Zəngilan Aqroparkı yaradılıb -

05.11.2026 15:59 Siyasət

Prezident bir qrup media nümayəndəsini təltif etdi -

05.11.2026 15:55 Siyasət

Abşeron Milli Parkı dənizə qədər uzadılacaq

05.11.2026 15:42 Gündəm

Ronaldo yığmada karyerasını bitirdiyini açıqlayıb

05.11.2026 15:29 İdman

Bu avtobuslar yenilənir -

05.11.2026 14:19 Cəmiyyət

Evini kirayə verənlərin diqqətinə - Qaydalar dəyişir

05.11.2026 14:02 Cəmiyyət

Rüblük vergi bəyannamələri ləğv ediləcək

05.11.2026 13:10 Cəmiyyət

İrəvan ziyalılarının Azərbaycan mədəniyyətinə təsiri -

05.11.2026 12:59 Cəmiyyət

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

05.11.2026 12:48 Cəmiyyət

Paşinyan COP31-də iştirak üçün Türkiyəyə gedəcək

05.11.2026 12:41 Gündəm

DTX dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı

05.11.2026 12:35 Hadisə

Əhməd İsmayılov: Azərbaycan Radiosu ədəbi dilin saflığının qorunmasında misilsiz rol oynayıb

05.11.2026 12:14 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək