Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat ADB Azərbaycana 2,5 milyard dollaradək investisiya...
ADB Azərbaycana 2,5 milyard dollaradək investisiya ayırmağa hazırdır
İqtisadiyyat

ADB Azərbaycana 2,5 milyard dollaradək investisiya ayırmağa hazırdır

Xpress.az Redaksiyası 14.11.2025 23:59

Asiya İnkişaf Bankı (ADB) bu gün Azərbaycanla yeni Ölkə Tərəfdaşlıq Strategiyasının icrasına rəsmi olaraq start verib.

Bu barədə ADB-nin prezidenti Masato Kanda sosial şəbəkə hesabında məlumat yayıb.

"Mən Azərbaycanın maliyyə naziri, AD-nin Direktorlar Şurasının üzvü Sahil Babayevlə görüşdüm. Görüşün məqsədi ADB-nin Azərbaycan üçün yeni Ölkə Tərəfdaşlıq Strategiyasını işə salmaq idi. Yeni maliyyələşmə ilə bağlı müraciətləri nəzərə alaraq, ADB 2029-cu ilədək Azərbaycana 2,5 milyard ABŞ dollarınadək investisiya ayırmağa hazırdır. Biz bərpa olunan enerji layihələrinin inkişafı, dəmir yolu və metro sistemlərinin modernləşdirilməsi, eləcə də özəl sektorun gücləndirilməsi istiqamətində hökumətlə sıx əməkdaşlıq edəcəyik", - deyə paylaşımda bildirilir.

Xatırladaq ki, iyulun 29-da ADB Azərbaycan üçün 2025–2029-cu illəri əhatə edən yeni Ölkə Tərəfdaşlıq Strategiyasını təsdiq edib.

Strategiyada ölkənin inkişaf hədəflərinə çatması üçün dəyər yaradılması, inteqrasiya və dayanıqlılıq əsas prioritetlər kimi müəyyənləşdirilir. Beşillik strategiya iki əsas istiqamətə fokuslanır: "yaşıl" və şaxələndirilmiş iqtisadiyyatın qurulması, eləcə də aşağı-karbonlu bağlantıların və inklüziv inkişafın təşviqi.

Qeyd edək ki, Masato Kanda hazırda Bakıda səfərdədir.

Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür. Bu dövr ərzində bank ölkəyə 5,6 milyard ABŞ dollarından çox investisiya yatırıb. Bunun 4,4 milyard dolları dövlət sektoruna, 1,2 milyard dolları isə özəl sektora yönəldilib.

Eyni zamanda, ADB Azərbaycanın nəqliyyat sektorunda həyata keçirilən layihələrə 1,5 milyard ABŞ dollarından çox, enerji layihələrinə isə 1,7 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi göstərib.

ADB 1966-cı ildə təsis edilib. Bankın baş qərargahı Filippinin paytaxtı Manilada yerləşir və qurumda 50-si Asiya-Sakit okean regionundan olmaqla 69 ölkə təmsil olunur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bu türk ölkəsi eneji içkilərini qadağan edir

05.11.2026 17:58 Dünya

“Zəfər arzuları” adlı sosial aksiya keçirilib -

05.11.2026 17:42 Cəmiyyət

Azərbaycana gətirilən 23 tondan çox quş əti məhv edilib

05.11.2026 17:28 Hadisə

"Qədiroğlu" MMC-nin idxal etdiyi yağın satışı dayandırıldı

05.11.2026 16:47 Hadisə

Dövlət Komitəsində “Bir şəkil” sənədli filminin təqdimatı olub -

05.11.2026 16:43 Ana səhifə

İran Ermənistana xəbərdarlıq edib

05.11.2026 16:17 Dünya

Zəngilan Aqroparkı yaradılıb -

05.11.2026 15:59 Siyasət

Prezident bir qrup media nümayəndəsini təltif etdi -

05.11.2026 15:55 Siyasət

Abşeron Milli Parkı dənizə qədər uzadılacaq

05.11.2026 15:42 Gündəm

Ronaldo yığmada karyerasını bitirdiyini açıqlayıb

05.11.2026 15:29 İdman

Bu avtobuslar yenilənir -

05.11.2026 14:19 Cəmiyyət

Evini kirayə verənlərin diqqətinə - Qaydalar dəyişir

05.11.2026 14:02 Cəmiyyət

Rüblük vergi bəyannamələri ləğv ediləcək

05.11.2026 13:10 Cəmiyyət

İrəvan ziyalılarının Azərbaycan mədəniyyətinə təsiri -

05.11.2026 12:59 Cəmiyyət

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

05.11.2026 12:48 Cəmiyyət

Paşinyan COP31-də iştirak üçün Türkiyəyə gedəcək

05.11.2026 12:41 Gündəm

DTX dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı

05.11.2026 12:35 Hadisə

Əhməd İsmayılov: Azərbaycan Radiosu ədəbi dilin saflığının qorunmasında misilsiz rol oynayıb

05.11.2026 12:14 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək