Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Böyük oyunda yeni mərhələ:
Böyük oyunda yeni mərhələ:
Siyasət

Böyük oyunda yeni mərhələ: Azərbaycanın Mərkəzi Asiya ailəsinə qatılması kimləri narahat edir?

Xpress.az Redaksiyası 17.11.2025 12:53

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycan Respublikası bu nüfuzlu platformanın tamhüquqlu üzvü statusunu qazandı. Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri tərəfindən qəbul edilən qərar regionda yeni geosiyasi və geoiqtisadi reallıqların formalaşdığını təsdiqləyir.Bu sözləri Milli Məclisin deputatı  Naqif Həmzəyev Xpress.az-a açıqlamasında bildirib.

Deputatın sözlərinə  görə Azərbaycan əvvəllər 2023-cü ildə Düşənbədə və 2024-cü ildə Astanada qonaq statusunda iştirak etmişdi. İndi isə Daşkənddən tam hüquqlu üzv kimi qayıtdı. Prezident İlham Əliyev bu qərarı “münasibətlərimizin dostluq və qardaşlıq xarakterini bir daha təsdiqləyən və əməkdaşlığı möhkəmləndirən addım” kimi qiymətləndirdi.

Azərbaycanın Mərkəzi Asiya ilə inteqrasiyası yalnız siyasi iradə ilə deyil, həm də tarixi, mədəni və mənəvi əlaqələr əsasında qurulub. Prezident Əliyev qeyd edib ki, Xəzər dənizi ölkələri birləşdirən strateji amildir və Azərbaycan-Mərkəzi Asiya əlaqələrinin möhkəmlənməsinə xidmət edir.

Son üç ildə Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında qarşılıqlı səfərlər intensiv xarakter daşıyıb: Prezident İlham Əliyev 14, Mərkəzi Asiya liderləri isə 23 səfər edib. Bu səfərlər nəticəsində təxminən 200 ikitərəfli sənəd imzalanıb, iqtisadi, nəqliyyat, enerji və mədəni sahələrdə əməkdaşlıq genişlənib.

Azərbaycan-Özbəkistan Əməkdaşlığı:

Ticarət dövriyyəsi: 2024-cü il – 252 milyon USD; 2025-ci ilin 9 ayında – 319 milyon USD

Qarşılıqlı investisiyalar: Azərbaycan Özbəkistana 183,5 milyon USD, Özbəkistan Azərbaycana 21,8 milyon USD

120 özbək investisiyalı kommersiya təşkilatı fəaliyyət göstərir

Xalqlar arasında mədəni və akademik mübadilə proqramları, şəhər cütlükləri, mədəniyyət günləri və media forumları davam edir

İnfrastruktur və nəqliyyat sahəsində Azərbaycan kritik tranzit ölkəsi rolunu gücləndirir: Orta Dəhliz üzərində yükdaşımalar 90% artıb, Bakı-Tbilisi-Qars və Zəngəzur dəhlizi tamamlanmaq üzrədir, hava və dəniz nəqliyyatı genişləndirilir.

Enerji və rəqəmsal sahədə əməkdaşlıq da davam edir: Xəzər dənizinin dibindən elektrik və fiber-optik kabel layihələri, yaşıl enerjinin birgə inkişafı, kibertəhlükəsizlik və innovasiya sahələrində əməkdaşlıq planlaşdırılır.

Azərbaycan və Mərkəzi Asiya ölkələri həm ikitərəfli, həm də beynəlxalq platformalarda fəal əməkdaşlıq edir: Türk Dövlətləri Təşkilatı, BMT, Qoşulmama Hərəkatı, İƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı və s.

Daşkənd sammitində həmçinin Türkmənistanın sədrliyi təbrik olunub. Növbəti sammit Aşqabadda keçiriləcək və Azərbaycan artıq tamhüquqlu üzv qismində iştirak edəcək.
Prezident Əliyev yekun olaraq bildirdi: “Bu qərar münasibətlərimizin dostluq və qardaşlıq xarakterini bir daha təsdiqləyir və geniş coğrafi məkanda əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcəkdir.”

Afaq Qurbanzadə 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bu türk ölkəsi eneji içkilərini qadağan edir

05.11.2026 17:58 Dünya

“Zəfər arzuları” adlı sosial aksiya keçirilib -

05.11.2026 17:42 Cəmiyyət

Azərbaycana gətirilən 23 tondan çox quş əti məhv edilib

05.11.2026 17:28 Hadisə

"Qədiroğlu" MMC-nin idxal etdiyi yağın satışı dayandırıldı

05.11.2026 16:47 Hadisə

Dövlət Komitəsində “Bir şəkil” sənədli filminin təqdimatı olub -

05.11.2026 16:43 Ana səhifə

İran Ermənistana xəbərdarlıq edib

05.11.2026 16:17 Dünya

Zəngilan Aqroparkı yaradılıb -

05.11.2026 15:59 Siyasət

Prezident bir qrup media nümayəndəsini təltif etdi -

05.11.2026 15:55 Siyasət

Abşeron Milli Parkı dənizə qədər uzadılacaq

05.11.2026 15:42 Gündəm

Ronaldo yığmada karyerasını bitirdiyini açıqlayıb

05.11.2026 15:29 İdman

Bu avtobuslar yenilənir -

05.11.2026 14:19 Cəmiyyət

Evini kirayə verənlərin diqqətinə - Qaydalar dəyişir

05.11.2026 14:02 Cəmiyyət

Rüblük vergi bəyannamələri ləğv ediləcək

05.11.2026 13:10 Cəmiyyət

İrəvan ziyalılarının Azərbaycan mədəniyyətinə təsiri -

05.11.2026 12:59 Cəmiyyət

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

05.11.2026 12:48 Cəmiyyət

Paşinyan COP31-də iştirak üçün Türkiyəyə gedəcək

05.11.2026 12:41 Gündəm

DTX dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı

05.11.2026 12:35 Hadisə

Əhməd İsmayılov: Azərbaycan Radiosu ədəbi dilin saflığının qorunmasında misilsiz rol oynayıb

05.11.2026 12:14 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək