Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət 17 Noyabr –
17 Noyabr –
Siyasət

17 Noyabr – Milli Oyanış Gününün Tarixi Əhəmiyyəti

Xpress.az Redaksiyası 17.11.2025 15:27

17 Noyabr – Milli Oyanış Günü: Azərbaycan tarixinin dönüş nöqtəsi

Azərbaycanın yaxın tarixində mühüm mərhələ olan 17 noyabr 1988-ci il bu gün Milli Oyanış Günü kimi qeyd olunur. Xpress.az xəbər verir ki, Türk Dünyası Siyasətlərindən Məsul, Zafer Partiyası Ümumi Sədr Başdanışmanı Gencehan Tunay sosial şəbəkə hesabında həmin günün tarixi əhəmiyyətinə diqqət çəkib.

O bildirib ki, 1988-ci ildə cəmi 7 milyon əhalisi olan Azərbaycanda milyonlarla insan Bakının Lenin (indiki Azadlıq) meydanına axışaraq, gecə-gündüz davam edən böyük bir azadlıq hərəkatını başlatmışdı.

Bu oyanış – Sovet imperiyasının təzyiqlərinə, Qarabağda erməni təcavüzünə və rus işğalının ağır zülmünə qarşı yüksələn milli dirçəliş idi. Sovet qoşunlarının meydanlarda dinc azərbaycanlılara qarşı törətdiyi zorakılıq xalqın iradəsini qıra bilmədi; əksinə, milli şüur daha da gücləndi.

Milli oyanış dalğası meydanlarla məhdudlaşmadı. Qarabağın azadlığı, Sovet əsarətinin sona çatdırılması, müstəqil Azərbaycan dövləti ideyası və Güney Azərbaycanın birliyi arzusu ətrafında xalq sıx birləşdi. Dirəniş genişləndikcə həmrəylik də artdı və proses Azərbaycan Xalq Cəbhəsinin yaradılmasına gətirib çıxardı.

O günlərdə meydanlarda dalğalanan üçrəngli bayraq, Türk bayrağı və Atatürk portretləri xalqın milli kimliyi və türkçülük düşüncəsinin gücünü nümayiş etdirirdi.

Bu gün 17 noyabr — Azərbaycan xalqının milli həmrəyliyinin, azadlıq ruhunun və türkçülük ideallarının simvolu kimi anılır.

Gencehan Tunayın qeyd etdiyi kimi, həmin dirəniş həm Azərbaycana, həm də bütün Türk dünyasına göstərdi ki, millət iradəsini heç bir təzyiq, təhdid və ya işğal gücü məğlub edə bilməz. Bir vaxtlar dünyanın ən böyük imperiyasına qarşı qətiyyətlə yüksələn Azərbaycan türkləri necə ki, müstəqilliyinə qovuşdu, bu gün də Türk dövlətini və millətini hədəfləyən hər cür bölücülük və təhdidə qarşı eyni qətiyyətlə dayanmaq əzmindədir.

Bu ruh — Türkiyəyə və bütün Türk dünyasına yönəlmiş hər cür təhdidə qarşı millət iradəsinin daim üstün olduğunu xatırladan sarsılmaz mövqedir.

17 Noyabr – Milli Oyanış Günü mübarək olsun!

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bu türk ölkəsi eneji içkilərini qadağan edir

05.11.2026 17:58 Dünya

“Zəfər arzuları” adlı sosial aksiya keçirilib -

05.11.2026 17:42 Cəmiyyət

Azərbaycana gətirilən 23 tondan çox quş əti məhv edilib

05.11.2026 17:28 Hadisə

"Qədiroğlu" MMC-nin idxal etdiyi yağın satışı dayandırıldı

05.11.2026 16:47 Hadisə

Dövlət Komitəsində “Bir şəkil” sənədli filminin təqdimatı olub -

05.11.2026 16:43 Ana səhifə

İran Ermənistana xəbərdarlıq edib

05.11.2026 16:17 Dünya

Zəngilan Aqroparkı yaradılıb -

05.11.2026 15:59 Siyasət

Prezident bir qrup media nümayəndəsini təltif etdi -

05.11.2026 15:55 Siyasət

Abşeron Milli Parkı dənizə qədər uzadılacaq

05.11.2026 15:42 Gündəm

Ronaldo yığmada karyerasını bitirdiyini açıqlayıb

05.11.2026 15:29 İdman

Bu avtobuslar yenilənir -

05.11.2026 14:19 Cəmiyyət

Evini kirayə verənlərin diqqətinə - Qaydalar dəyişir

05.11.2026 14:02 Cəmiyyət

Rüblük vergi bəyannamələri ləğv ediləcək

05.11.2026 13:10 Cəmiyyət

İrəvan ziyalılarının Azərbaycan mədəniyyətinə təsiri -

05.11.2026 12:59 Cəmiyyət

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

05.11.2026 12:48 Cəmiyyət

Paşinyan COP31-də iştirak üçün Türkiyəyə gedəcək

05.11.2026 12:41 Gündəm

DTX dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı

05.11.2026 12:35 Hadisə

Əhməd İsmayılov: Azərbaycan Radiosu ədəbi dilin saflığının qorunmasında misilsiz rol oynayıb

05.11.2026 12:14 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək