Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Təyyarənin “qara qutu”ları
Təyyarənin “qara qutu”ları
Siyasət

Təyyarənin “qara qutu”ları açıldı

Xpress.az Redaksiyası 17.11.2025 19:17

Gürcüstanda qəzaya uğrayan Türkiyəyə məxsus C-130 tipli hərbi-nəqliyyat təyyarəsinin “qara qutu”larının analizi bu həftə tamamlanacaq.

Bu barədə hökumətə yaxın tanınmış köşə yazarı Abdulkadir Selvi “Hürriyet” qəzetinə bildirib.

Onun sözlərinə görə, istintaq çərçivəsində “qara qutu”da qeydə alınmış 180 texniki parametr araşdırılır. Analizin həftənin sonuna qədər başa çatdırılması gözlənilir.

Abdulkadir Selvinin qeyd etdiyinə görə, qəza yerindən əldə edilən ilkin məlumatlar xarici müdaxilə ehtimalının son dərəcə aşağı olduğunu göstərir. “Lakin hər bir versiya kimi bu ehtimal da nəzərdən keçirilir”, - o əlavə edib.

Ankarada TUSAŞ müəssisəsində xüsusi texniki qrup artıq qutuların açılması və məlumatların deşifrə olunması prosesinə başlayıb. Məlumata görə birinci “qara qutu” pilotların öz aralarında və dispetçerlə danışıqlarını, həmçinin təyyarənin düşmə anının audioyazılarını əks etdirir. İkinci “qara qutu” isə bort sistemlərinin fəaliyyətini qeydə alır və hazırda məhz bu mexanizmlərin məlumatları təhlil olunur.

Xatırladaq ki, 11 noyabr 2025-ci ildə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 təyyarəsi Gəncə beynəlxalq hava limanından qalxaraq Türkiyənin Erkilet aviabazasına uçarkən havada parçalanıb və Gürcüstan ərazisində, Azərbaycan sərhədinə yaxın ərazidə qəzaya uğrayıb. Hadisə nəticəsində bortdakı 20 nəfərin hamısı həlak olub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bu türk ölkəsi eneji içkilərini qadağan edir

05.11.2026 17:58 Dünya

“Zəfər arzuları” adlı sosial aksiya keçirilib -

05.11.2026 17:42 Cəmiyyət

Azərbaycana gətirilən 23 tondan çox quş əti məhv edilib

05.11.2026 17:28 Hadisə

"Qədiroğlu" MMC-nin idxal etdiyi yağın satışı dayandırıldı

05.11.2026 16:47 Hadisə

Dövlət Komitəsində “Bir şəkil” sənədli filminin təqdimatı olub -

05.11.2026 16:43 Ana səhifə

İran Ermənistana xəbərdarlıq edib

05.11.2026 16:17 Dünya

Zəngilan Aqroparkı yaradılıb -

05.11.2026 15:59 Siyasət

Prezident bir qrup media nümayəndəsini təltif etdi -

05.11.2026 15:55 Siyasət

Abşeron Milli Parkı dənizə qədər uzadılacaq

05.11.2026 15:42 Gündəm

Ronaldo yığmada karyerasını bitirdiyini açıqlayıb

05.11.2026 15:29 İdman

Bu avtobuslar yenilənir -

05.11.2026 14:19 Cəmiyyət

Evini kirayə verənlərin diqqətinə - Qaydalar dəyişir

05.11.2026 14:02 Cəmiyyət

Rüblük vergi bəyannamələri ləğv ediləcək

05.11.2026 13:10 Cəmiyyət

İrəvan ziyalılarının Azərbaycan mədəniyyətinə təsiri -

05.11.2026 12:59 Cəmiyyət

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

05.11.2026 12:48 Cəmiyyət

Paşinyan COP31-də iştirak üçün Türkiyəyə gedəcək

05.11.2026 12:41 Gündəm

DTX dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı

05.11.2026 12:35 Hadisə

Əhməd İsmayılov: Azərbaycan Radiosu ədəbi dilin saflığının qorunmasında misilsiz rol oynayıb

05.11.2026 12:14 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək