Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Özəl sektorda gündəlik orta hesabla 200-ə yaxın ye...
Özəl sektorda gündəlik orta hesabla 200-ə yaxın yeni iş yeri yaradılıb –
İqtisadiyyat

Özəl sektorda gündəlik orta hesabla 200-ə yaxın yeni iş yeri yaradılıb – RƏSMİ

Xpress.az Redaksiyası 19.11.2025 12:49

“2019-cu ildən qeyri-neft-qaz özəl sektorda əmək müqavilələrinin sayı 2 dəfəyə yaxın artaraq 1 milyonu ötüb”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazirin sözlərinə görə, əmək haqqı islahatı əmək bazarında böyük şəffaflaşma effekti yaradıb:

“Belə ki, qeyri-neft-qaz özəl sektorda 8000 manatadək əmək haqlarının gəlir vergisindən azad olunması nəticəsində 1 yanvar 2019-cu ildən 1 noyabr 2025-ci ilədək qeyri-neft-qaz özəl sektorda əmək müqavilələrinin sayı 481,4 min artaraq 1 milyonu ötmüş, sektorun cəmi əmək müqavilələrində payı 38,5%-dən 54,2%-ə yüksəlib”.

O bildirib ki, qeyri-neft-qaz özəl sektorda hər gün 200-ə yaxın yeni iş yeri yaradılıb:

“1 yanvar 2019-cu ildən 1 noyabr 2025-ci ilədək orta təqvim günləri hesabı ilə qeyri-neft-qaz özəl sektorda gündəlik 200-ə yaxın yeni iş yerinin yaradılması qeydə alınmışdır. Bu, çox böyük iqtisadi nəticədir”.

Nazir 1 yanvar 2019-cu il ilə müqayisədə 1 noyabr 2025-ci il tarixinə ölkədə aktiv vergi ödəyicilərinin sayı 2 dəfə artaraq 845 mini ötdüyünü qeyd edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bu türk ölkəsi eneji içkilərini qadağan edir

05.11.2026 17:58 Dünya

“Zəfər arzuları” adlı sosial aksiya keçirilib -

05.11.2026 17:42 Cəmiyyət

Azərbaycana gətirilən 23 tondan çox quş əti məhv edilib

05.11.2026 17:28 Hadisə

"Qədiroğlu" MMC-nin idxal etdiyi yağın satışı dayandırıldı

05.11.2026 16:47 Hadisə

Dövlət Komitəsində “Bir şəkil” sənədli filminin təqdimatı olub -

05.11.2026 16:43 Ana səhifə

İran Ermənistana xəbərdarlıq edib

05.11.2026 16:17 Dünya

Zəngilan Aqroparkı yaradılıb -

05.11.2026 15:59 Siyasət

Prezident bir qrup media nümayəndəsini təltif etdi -

05.11.2026 15:55 Siyasət

Abşeron Milli Parkı dənizə qədər uzadılacaq

05.11.2026 15:42 Gündəm

Ronaldo yığmada karyerasını bitirdiyini açıqlayıb

05.11.2026 15:29 İdman

Bu avtobuslar yenilənir -

05.11.2026 14:19 Cəmiyyət

Evini kirayə verənlərin diqqətinə - Qaydalar dəyişir

05.11.2026 14:02 Cəmiyyət

Rüblük vergi bəyannamələri ləğv ediləcək

05.11.2026 13:10 Cəmiyyət

İrəvan ziyalılarının Azərbaycan mədəniyyətinə təsiri -

05.11.2026 12:59 Cəmiyyət

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

05.11.2026 12:48 Cəmiyyət

Paşinyan COP31-də iştirak üçün Türkiyəyə gedəcək

05.11.2026 12:41 Gündəm

DTX dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı

05.11.2026 12:35 Hadisə

Əhməd İsmayılov: Azərbaycan Radiosu ədəbi dilin saflığının qorunmasında misilsiz rol oynayıb

05.11.2026 12:14 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək