Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Anar İsgəndərov:
Anar İsgəndərov:
Siyasət

Anar İsgəndərov: " Kiprin bayrağı gələcəkdə BMT qarşısında dalğalanacaq”

Xpress.az Redaksiyası 22.11.2025 13:23

Azərbaycanın Şimali Kiprə verdiyi dəstək bu ölkənin beynəlxalq aləmdə tanınması və Türk dünyasında mövqeyinin möhkəmlənməsində mühüm rol oynayır. Mövzu ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov xüsusi olaraq, Xpress.az-a verdiyi açıqlamasında bildirib ki, Azərbaycan Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) həssas münasibət bəsləyir və bu ölkədə baş verən prosesləri diqqətlə izləyir.

Komitə sədrinin  sözlərinə görə, dövlət başçısı İlham Əliyev ŞKTC-nın Türk Dövlətləri Təşkilatında (TDT) daha geniş təmsilçiliyə malik olması təşəbbüsünü irəli sürüb. Azərbaycan və Türkiyənin birgə dəstəyi ilə ŞKTC 2022-ci ilin noyabrında Səmərqənddə keçirilən TDT Zirvə Görüşündə müşahidəçi statusunda üzv qəbul edilib. 2023-cü ilin oktyabrında ŞKTC-nin sabiq prezidenti Ersin Tatarın Bakıya dövlət protokolu ilə səfəri, mədəniyyət günlərinin keçirilməsi və digər tədbirlər ikitərəfli əlaqələrin inkişafını göstərir. Bununla yanaşı, ŞKTC İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi statusunda üzv seçilərək beynəlxalq inteqrasiya yolunda irəliləyir. 2024-cü ilin mayında ŞKTC-nin milli təhsil naziri Bakıya səfər edərək ali təhsil sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib, təhsil sərgiləri təşkil olunub.

Həmçinin, mədəniyyət sahəsində də əlaqələr genişlənir. Bu il mayın 15-də Şimali Kiprin Girnə şəhərində Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzi açılıb. Burada sərgilər, təhsil proqramları, incəsənət emalatxanaları və digər fəaliyyətlər həyata keçirilir. Eyni zamanda, musiqi və incəsənət dərnəklərinin çıxışları Azərbaycan tamaşaçıları tərəfindən böyük maraqla qarşılanıb.

ŞKTC-nin Azərbaycan təmsilçisi səfir Ufuk Turganer qeyd edib ki, Şimali Kipr Türk Cümhuriyyəti demokratik və müasir təsisatları ilə güclənməkdədir. Hazırda Şimali Kiprdə 1500-ə yaxın Azərbaycan vətəndaşı fəaliyyət göstərir ki, onlardan 40 nəfəri universitet müəllimi kimi gənc kadrların hazırlanmasına töhfə verir.

Anar İsgəndərov vurğulayıb ki, Azərbaycan və ŞKTC arasında dostluq tellərinin güclənməsi Cənubi Qafqaz və Aralıq dənizinin şərq hissəsində dinc inkişaf və tərəqqiyə sanballı töhfə verəcək. Kipr məsələsinin ədalətli və davamlı həlli yalnız Kipr türk xalqının suveren hüquqlarının və bərabər beynəlxalq statusunun təminatı ilə mümkün olacaq. Bu gün Şimali Kipr Azərbaycan üçün yalnız diplomatik tərəfdaş deyil, həm də Türk dünyasının ayrılmaz bir hissəsidir.

Vaxt gələcək, BMT binası önündə tam hüquqlu üzv, müstəqil dövlət kimi ŞKTC-nin bayrağı dalğalanacaq.

Afaq Qurbanzadə 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bu türk ölkəsi eneji içkilərini qadağan edir

05.11.2026 17:58 Dünya

“Zəfər arzuları” adlı sosial aksiya keçirilib -

05.11.2026 17:42 Cəmiyyət

Azərbaycana gətirilən 23 tondan çox quş əti məhv edilib

05.11.2026 17:28 Hadisə

"Qədiroğlu" MMC-nin idxal etdiyi yağın satışı dayandırıldı

05.11.2026 16:47 Hadisə

Dövlət Komitəsində “Bir şəkil” sənədli filminin təqdimatı olub -

05.11.2026 16:43 Ana səhifə

İran Ermənistana xəbərdarlıq edib

05.11.2026 16:17 Dünya

Zəngilan Aqroparkı yaradılıb -

05.11.2026 15:59 Siyasət

Prezident bir qrup media nümayəndəsini təltif etdi -

05.11.2026 15:55 Siyasət

Abşeron Milli Parkı dənizə qədər uzadılacaq

05.11.2026 15:42 Gündəm

Ronaldo yığmada karyerasını bitirdiyini açıqlayıb

05.11.2026 15:29 İdman

Bu avtobuslar yenilənir -

05.11.2026 14:19 Cəmiyyət

Evini kirayə verənlərin diqqətinə - Qaydalar dəyişir

05.11.2026 14:02 Cəmiyyət

Rüblük vergi bəyannamələri ləğv ediləcək

05.11.2026 13:10 Cəmiyyət

İrəvan ziyalılarının Azərbaycan mədəniyyətinə təsiri -

05.11.2026 12:59 Cəmiyyət

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

05.11.2026 12:48 Cəmiyyət

Paşinyan COP31-də iştirak üçün Türkiyəyə gedəcək

05.11.2026 12:41 Gündəm

DTX dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı

05.11.2026 12:35 Hadisə

Əhməd İsmayılov: Azərbaycan Radiosu ədəbi dilin saflığının qorunmasında misilsiz rol oynayıb

05.11.2026 12:14 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək