Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Professor Rafiq Əliyev Milli Azərbaycan Tarixi Muz...
Professor Rafiq Əliyev Milli Azərbaycan Tarixi Muzeyində
Siyasət

Professor Rafiq Əliyev Milli Azərbaycan Tarixi Muzeyində

Xpress.az Redaksiyası 23.11.2025 13:28

Zaman bəzən bir hadisə ilə yadda qalır, tarixləşir. Millət, xalq üçün çox böyük işlər görənləri yaşayarkən yaşatdıqları tarixlə qovuşdurur, özləri buna şahidlik edirlər.Millət seçilmişləri ilə tanınır. Seçilmişlərin iştirak etdikləri, iştirakçısı olduqları hadisə, tədbir yaddaşlarda iz qoyur.
Dünya şöhrətli alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, ABŞ-ın Corciya Dövlət, Almaniyanın Zigen, Şimali Kiprin Yaxın Doğu, İranın Təbriz universitetlərinin professoru, MBA və BBA proqram direktoru, əsərləri dünyanın aparıcı universitetlərində dərs vəsaiti kimi tədris olunan, “Zadə İrsi və Süni İntellekt” Assosiasiyasının prezidenti, dünyanın məşhur nəşriyyatlarında ingilis, alman, rus, türk, özbək, azərbaycan və başqa dillərdə çap olunan 90 kitabın müəllifi, 200 texnika üzrə fəlsəfə doktoru, 32 elmlər doktoru yetişdirən professor Rafiq Əliyevə məxsus elmi materiallar və şəxsi əşyalar Milli Azərbaycan Tarixi Muzeyinə təqdim edildi.
Bu əzəmətli, tarixi məkan, bəlkə də, son dövrün ən maraqlı, yadda qalan görüşünə hazırlaşırdı. Muzey milli köklərə bağlı dünya şöhrətli alimin material və əşyaları ilə özünü zənginləşdirirdi.
Tədbiri giriş sözü ilə açan Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı dahi alim Rafiq Əliyevin elmi irsinin Azərbaycan elminin qızıl səhifələrindən biri olduğunu qeyd edərək muzeyə təqdim edilən dəyərli materialların gələcək nəsillər üçün mühüm elmi, mədəni əhəmiyyət daşıdığını bildirdi və təqdim olunan materialların yaxın vaxtlarda muzeyin ekspozisiyasında nümayiş etdiriləcəyini bildirdi.
Sonra muzeyin baş mühafizi, t.ü.f.d., dosent Məhfuzə Zeynalova, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, xalq şairi Ramiz Rövşən, şair Rəfail Tağızadə, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Neft və Sənaye Universitetinin professoru Lətafət Qardaşova, A.Zeynallı adına Musiqi Kollecinin direktoru, professor Nazım Kazımov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Əli Əmirli, Azərbaycan Dillər Universitetinin dosenti Fəridə Hüseynova, “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarov, Azərbaycan Neft və Sənaye Universitetinin professoru Akif Əlizadə, şair Kəmalə Abıyeva, yazıçı İlqar Əlifoğlu, hərbi həkim Azər Qasımov və digər qonaqlar çıxış edərək Rafiq Əliyevin həm elm, həm də mədəniyyət sahəsində Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil etdiyini diqqətə çatdırdılar. 
Tədbir iştirakçıları professor Rafiq Əliyevin elmi fəaliyyətini, onun dünya elminə - qeyri-səlis məntiq və süni intellekt sahəsinə - verdiyi böyük töhfələri yüksək qiymətləndirərək ona Lütfi Zadənin: ”Sən elmdə yeni cığır açdın. Mütləq Nobel Mükafatı alacaqsan” fikrinın reallaşmasını dilədilər.
Tədbirin bədii hissəsində Əməkdar artist, xanəndə Sevinc Sarıyeva, II Televiziya Muğam müsabiqəsinin qalibi, Asəf Zeynallı adına Musiqi Kollecinin müəllimi Güllü Muradova, kamança ifaçısı Mahir Quliyev, tarzən - muğam bilicisi və tədqiqatçı Mehman Mikayılov müxtəlif musiqi nömrələri ifa etdilər. 
Sonda professor Rafiq Əliyev çıxış edərək onun elmi irsinin qorunmasına göstərilən diqqət və dəstəyə görə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlıya və muzeyin kollektivinə dərin minnətdarlığını bildirdi.
Beləliklə, yaşanan və yaddaşlara həkk olunan bir Rafiq Əliyev Günü də tarix oldu.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bu türk ölkəsi eneji içkilərini qadağan edir

05.11.2026 17:58 Dünya

“Zəfər arzuları” adlı sosial aksiya keçirilib -

05.11.2026 17:42 Cəmiyyət

Azərbaycana gətirilən 23 tondan çox quş əti məhv edilib

05.11.2026 17:28 Hadisə

"Qədiroğlu" MMC-nin idxal etdiyi yağın satışı dayandırıldı

05.11.2026 16:47 Hadisə

Dövlət Komitəsində “Bir şəkil” sənədli filminin təqdimatı olub -

05.11.2026 16:43 Ana səhifə

İran Ermənistana xəbərdarlıq edib

05.11.2026 16:17 Dünya

Zəngilan Aqroparkı yaradılıb -

05.11.2026 15:59 Siyasət

Prezident bir qrup media nümayəndəsini təltif etdi -

05.11.2026 15:55 Siyasət

Abşeron Milli Parkı dənizə qədər uzadılacaq

05.11.2026 15:42 Gündəm

Ronaldo yığmada karyerasını bitirdiyini açıqlayıb

05.11.2026 15:29 İdman

Bu avtobuslar yenilənir -

05.11.2026 14:19 Cəmiyyət

Evini kirayə verənlərin diqqətinə - Qaydalar dəyişir

05.11.2026 14:02 Cəmiyyət

Rüblük vergi bəyannamələri ləğv ediləcək

05.11.2026 13:10 Cəmiyyət

İrəvan ziyalılarının Azərbaycan mədəniyyətinə təsiri -

05.11.2026 12:59 Cəmiyyət

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

05.11.2026 12:48 Cəmiyyət

Paşinyan COP31-də iştirak üçün Türkiyəyə gedəcək

05.11.2026 12:41 Gündəm

DTX dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı

05.11.2026 12:35 Hadisə

Əhməd İsmayılov: Azərbaycan Radiosu ədəbi dilin saflığının qorunmasında misilsiz rol oynayıb

05.11.2026 12:14 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək