Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Ermənistandan gözlənilməz HƏMLƏ
Ermənistandan gözlənilməz HƏMLƏ
Siyasət

Ermənistandan gözlənilməz HƏMLƏ – İrəvan-Moskva münasibətləri yenidən GƏRGİNLƏŞİR

Xpress.az Redaksiyası 28.11.2025 11:30

Məlum olduğu kimi, Ermənistanda seçkiöncəsi gərginlik artır. Daxili vəziyyət fonunda İrəvan xarici siyasətdə də radikal addımlar atır.

Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, İrəvan faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxıb. Onun sözlərinə görə, bundan sonrakı addımlar məsələsi “siyasi məqsədəuyğunluq və danışıqlar mövzusu”dur.

Qeyd edək ki, Ermənistan 2022-ci ildən qurumun öhdəlikləri yerinə yetirməməsi səbəbindən KTMT-də fəaliyyətini dondurub.

Bu ilin iyulunda isə baş nazir Nikol Paşinyan ölkəsinin KTMT-dən çıxması ehtimalını da gündəmə gətirərək, bunu istisna etməyib. İndi isə parlament sədri faktiki olaraq KTMT-dən çıxdıqlarını bəyan edir.

Aydın məsələdir ki, İrəvanın belə bir addım atması Rusiyanın kəskin narazılığına səbəb olacaq və Moskva heç bir halda bunun baş verməsinə sakit yanaşmayacaq. Kreml bütün vasitələrdən istifadə edərək çalışacaq ki, İrəvan bu niyyətindən imtina etsin.

Ermənistanın seçkiöncəsi KTMT-dən çıxdığını elan etməsi İrəvan-Moskva münasibətlərini yenidən gərginləşdirəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib ki, bu addım Ermənistanın geosiyasi manevr imkanlarını Qərbə tərəf sürüşdürmək cəhdidir:

“Ermənistanın KTMT-dən faktiki çıxışını elan etməsi post-sovet təhlükəsizlik arxitekturasında ciddi siyasi siqnaldır. Alen Simonyanın bu açıqlaması İrəvanın illərdir Moskva ilə yaşadığı təhlükəsizlik böhranının açıq etirafıdır.

Ermənistan anlayır ki, KTMT onun real təhlükəsizlik ehtiyaclarını təmin etmədi. KTMT-nin uğursuzluğu Ermənistan cəmiyyətində Rusiyaya bağlı təhlükəsizlik modelinin iflasa uğradığı düşüncəsini gücləndirdi. Bu addım faktiki olaraq Ermənistanın geosiyasi manevr imkanlarını Qərbə doğru sürüşdürmək cəhdidir”.

Yeni gərginlik ocağı

T. İsmayılovun fikrincə, KTMT-dən çıxış Ermənistanda daxili siyasi böhranı daha da dərinləşdirə bilər ki, bu da Rusiyanın maraqlarına cavab verir:

“Çünki İrəvanın belə bir addım atması Moskvanı kəskin şəkildə qıcıqlandıracaq. Nəticədə bu, Moskva ilə İrəvan arasında münasibətlərin yenidən gərginləşməsilə müşayiət olunacaq. Belədə isə Rusiya çalışacaq ki, seçki ərəfəsi Ermənistanda daxili siyasi böhranı daha da dərinləşdirməklə seçkilərdə özlərinə bağlı qüvvələrin qalib gəlməsinə nail olsun. Moskvanın bunu bacarıb, bacarmayacağını seçki dönəmində görəcəyik. Amma bütün hallarda, Ermənistanın KTMT-dən çıxması Moskva-İrəvan münasibətlərində yeni gərginlik ocağı yaradacaq”. 

Ekspertin fikrincə, İrəvanın KTMT-dən çıxması avtomatik olaraq Qərbin ona real təhlükəsizlik zəmanəti verəcəyi anlamına gəlməməlidir:

“Ermənistan indiyə qədər dəfələrlə göstərib ki, emosional qərarları uzunmüddətli strateji nəticələri hesablamağa mane olur. Moskva üçün bu bəyanat regionda təsir imkanlarının zəiflədiyinin növbəti göstəricisidir”.

Cənubi Qafqazda Bakı güc mərkəzinə çevrilir.

Politoloq qeyd edib ki, Rusiya Ermənistanı itirdikcə Cənubi Qafqazda ağırlıq mərkəzi daha aydın şəkildə Bakının ətrafında formalaşır:
 

“Azərbaycan isə bu proseslərə sakit, praqmatik və milli maraqlara əsaslanan xəttlə yanaşır. Bakı üçün əsas prioritet regionda sülhün hüquqi əsaslar üzərində qurulmasıdır. Ermənistanın KTMT-dən uzaqlaşması ona yeni nəfəslik də ola bilər. Çünki Qərb strukturları heç bir halda Ermənistan üçün Rusiya tipli hərbi zəmanətlər mexanizmi yaratmayacaq. Zəngəzur dəhlizi, kommunikasiyaların açılması və iqtisadi inteqrasiya mövzularında Ermənistan çevik addımlar atmalıdır”.


Politoloq həmçinin vurğulayıb ki, Paşinyan hakimiyyəti hazırda təhlükəsizlik sistemini dağıdaraq cəmiyyətə alternativ model təqdim etmək imkanına malik deyil:

“Nəticə etibarilə, Simonyanın açıqlaması emosional bəyanatdan çox Ermənistanın strateji çıxılmazlığının rəsmi təsdiqi kimi oxunmalıdır”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bu türk ölkəsi eneji içkilərini qadağan edir

05.11.2026 17:58 Dünya

“Zəfər arzuları” adlı sosial aksiya keçirilib -

05.11.2026 17:42 Cəmiyyət

Azərbaycana gətirilən 23 tondan çox quş əti məhv edilib

05.11.2026 17:28 Hadisə

"Qədiroğlu" MMC-nin idxal etdiyi yağın satışı dayandırıldı

05.11.2026 16:47 Hadisə

Dövlət Komitəsində “Bir şəkil” sənədli filminin təqdimatı olub -

05.11.2026 16:43 Ana səhifə

İran Ermənistana xəbərdarlıq edib

05.11.2026 16:17 Dünya

Zəngilan Aqroparkı yaradılıb -

05.11.2026 15:59 Siyasət

Prezident bir qrup media nümayəndəsini təltif etdi -

05.11.2026 15:55 Siyasət

Abşeron Milli Parkı dənizə qədər uzadılacaq

05.11.2026 15:42 Gündəm

Ronaldo yığmada karyerasını bitirdiyini açıqlayıb

05.11.2026 15:29 İdman

Bu avtobuslar yenilənir -

05.11.2026 14:19 Cəmiyyət

Evini kirayə verənlərin diqqətinə - Qaydalar dəyişir

05.11.2026 14:02 Cəmiyyət

Rüblük vergi bəyannamələri ləğv ediləcək

05.11.2026 13:10 Cəmiyyət

İrəvan ziyalılarının Azərbaycan mədəniyyətinə təsiri -

05.11.2026 12:59 Cəmiyyət

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

05.11.2026 12:48 Cəmiyyət

Paşinyan COP31-də iştirak üçün Türkiyəyə gedəcək

05.11.2026 12:41 Gündəm

DTX dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı

05.11.2026 12:35 Hadisə

Əhməd İsmayılov: Azərbaycan Radiosu ədəbi dilin saflığının qorunmasında misilsiz rol oynayıb

05.11.2026 12:14 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək