Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Rusiya-Ermənistan Münasibətlərində Soyuqluq:
Rusiya-Ermənistan Münasibətlərində Soyuqluq:
Siyasət

Rusiya-Ermənistan Münasibətlərində Soyuqluq: Bakı Avantajlı Mövqedə

Xpress.az Redaksiyası 28.11.2025 14:55

Rusiya ilə Ermənistan arasındakı münasibətlərdəki dəyişikliklər regiondakı tarazlığa ciddi təsir göstərə bilər. Bu, Azərbaycan üçün həm siyasi, həm də təhlükəsizlik baxımından yeni imkanlar və çağırışlar yaradır. Güc balansının dəyişməsi diplomatik manevr imkanlarını artırır, strateji mövqelərin güclənməsinə şərait yaradır, eyni zamanda potensial gərginlik və qeyri-müəyyənlikləri də gündəmə gətirir.

Politoloq Tural İsmayılov Xpress.az-a açıqlamasında bildirib ki, Rusiya ilə Ermənistan arasında soyuqluq regiondakı ənənəvi geosiyasi tarazlığın tədricən pozulduğunu göstərir. Ermənistanın KTMT-dən uzaqlaşması və Moskvanın təhlükəsizlik zəmanətlərinə şübhə ilə yanaşması Rusiyanın Cənubi Qafqazdakı təsirini zəiflədir. Bu fonunda Rusiya Ermənistan üzərində əvvəlki siyasi və hərbi nəzarətini itirir, Ermənistan isə boşluğu Qərb platformaları və ikitərəfli əməkdaşlıqla doldurmağa çalışır.

Bu tendensiya Azərbaycan üçün strateji manevr imkanlarını genişləndirir. Rusiya faktorunun zəifləməsi Bakının diplomatik mövqeyini gücləndirir, Qərbin regiondakı fəallığının artması isə yeni tərəfdaşlıq imkanları açır, lakin ehtiyatlı siyasət tələb edir. Təhlükəsizlik baxımından isə Ermənistan ordusunun əməliyyat qabiliyyəti zəifləyir ki, bu da Azərbaycanın üstünlüyünü möhkəmləndirir. Eyni zamanda Ermənistan daxilində qeyri-sabitlik və revanşist çağırışlar riski də qalır.

Azərbaycanın əsas çağırışı regiondakı güc boşluqlarını balanslı şəkildə idarə etməkdir. Bakı həm Rusiya ilə dialoqu qoruyur, həm də Qərblə əlaqələrini genişləndirir. Nəqliyyat dəhlizlərində Moskvanın təsirinin azalması Zəngəzur istiqamətində yeni imkanlar yaradır, İran isə boşluq fonunda daha aktiv mövqe tuta bilər. Nəticədə Rusiya-Ermənistan münasibətlərindəki dəyişikliklər Azərbaycan üçün strateji imkanlar açır və Bakı bu mürəkkəb geosiyasi transformasiyanı real güc balansına uyğun şəkildə idarə etməyə çalışır.

Afaq Qurbanzadə

  Xpress.az 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bu türk ölkəsi eneji içkilərini qadağan edir

05.11.2026 17:58 Dünya

“Zəfər arzuları” adlı sosial aksiya keçirilib -

05.11.2026 17:42 Cəmiyyət

Azərbaycana gətirilən 23 tondan çox quş əti məhv edilib

05.11.2026 17:28 Hadisə

"Qədiroğlu" MMC-nin idxal etdiyi yağın satışı dayandırıldı

05.11.2026 16:47 Hadisə

Dövlət Komitəsində “Bir şəkil” sənədli filminin təqdimatı olub -

05.11.2026 16:43 Ana səhifə

İran Ermənistana xəbərdarlıq edib

05.11.2026 16:17 Dünya

Zəngilan Aqroparkı yaradılıb -

05.11.2026 15:59 Siyasət

Prezident bir qrup media nümayəndəsini təltif etdi -

05.11.2026 15:55 Siyasət

Abşeron Milli Parkı dənizə qədər uzadılacaq

05.11.2026 15:42 Gündəm

Ronaldo yığmada karyerasını bitirdiyini açıqlayıb

05.11.2026 15:29 İdman

Bu avtobuslar yenilənir -

05.11.2026 14:19 Cəmiyyət

Evini kirayə verənlərin diqqətinə - Qaydalar dəyişir

05.11.2026 14:02 Cəmiyyət

Rüblük vergi bəyannamələri ləğv ediləcək

05.11.2026 13:10 Cəmiyyət

İrəvan ziyalılarının Azərbaycan mədəniyyətinə təsiri -

05.11.2026 12:59 Cəmiyyət

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

05.11.2026 12:48 Cəmiyyət

Paşinyan COP31-də iştirak üçün Türkiyəyə gedəcək

05.11.2026 12:41 Gündəm

DTX dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı

05.11.2026 12:35 Hadisə

Əhməd İsmayılov: Azərbaycan Radiosu ədəbi dilin saflığının qorunmasında misilsiz rol oynayıb

05.11.2026 12:14 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək