Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət MSK sədri Məzahir Pənahov Qırğızıstanda seçkiləri...
MSK sədri Məzahir Pənahov Qırğızıstanda seçkiləri müşahidə edəcək
Siyasət

MSK sədri Məzahir Pənahov Qırğızıstanda seçkiləri müşahidə edəcək

Xpress.az Redaksiyası 28.11.2025 19:17

MSK-nın məlumatına istinadən  Xpress.az xəbər verir ki, Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qırğızıstana səfər edib.
MSK-nın açıqlamasına görə, Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri Tınçtık Şaynazarovun dəvəti ilə gerçəkləşən səfərin əsas məqsədi noyabrın 30-da bu ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərini beynəlxalq müşahidəçi qismində izləməkdir.
Nümayəndə heyətinin səsvermə gününədək seçkilərə hazırlıq prosesi ilə tanış olacağı, seçki günü isə paytaxtdakı məntəqələrdə səsvermə prosedurlarını müşahidə edəcəyi bildirilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək