Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Ukrayna Rusiyanın zavoduna
Ukrayna Rusiyanın zavoduna
Dünya

Ukrayna Rusiyanın zavoduna hücum edib

Xpress.az Redaksiyası 29.11.2025 17:46

Ukrayna Müdafiə Qüvvələri noyabrın 29-na keçən gecə Rusiya ərazisindəki Afipski neft emalı zavoduna, aviatəmir zavoduna və dəniz neft terminalına zərbələr endirib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir.

"Rusiyanın hərbi-iqtisadi potensialının azaldılması çərçivəsində noyabrın 29-na keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri bir neçə mühüm obyektə uğurlu zərbələr endirib", - məlumatda bildirilib.

Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərində yerləşən, "Tu-95" strateji bombardmançı təyyarələrinin və "A-50" təyyarələrinin modernləşdirildiyi aviatəmir zavoduna zərbələr endirilib.

İlkin məlumata görə, "Tu-95" təyyarələrinin təmir sexində yanğın baş verib.

Bundan başqa, Ukrayna Müdafiə Qüvvələri Krasnodar diyarındakı "Afipski" neft emalı zavoduna növbəti dəfə zərbə endirib. "Hədəf zonasında partlayışlar qeydə alınıb, daha sonra obyektdə yanğın baş verib. Dəymiş ziyanın dərəcəsi dəqiqləşdirilir", - məlumatda qeyd olunur.

Rusiya həmçinin noyabrın 25-də Krasnodar diyarındakı "Tuapse" limanının dəniz neft terminalı infrastrukturuna zərbələr nəticəsində RO-5000 şaquli rezervuarının məhv edildiyini təsdiqləyib.

"Müdafiə qüvvələrinin bütün tərkib hissələrinin Rusiya silahlı qüvvələrinin mühüm hədəflərinə qarşı birgə fəaliyyəti RF-nin Ukraynaya qarşı təcavüzü tamamilə dayandırılana qədər davam edəcək", - Baş Qərargadan bildirilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

İlham Əliyev Antalyada COP31 Liderlər Sammitində iştirak edib -

11.11.2026 15:13 Siyasət

Ərdoğan COP31-də göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib

11.11.2026 15:06 Siyasət

Məryəm Üzərlidən azərbaycanlılara təşəkkür:

11.11.2026 13:49 Mədəniyyət

Sabah hava əsasən yağmursuz olacaq -

11.11.2026 12:53 Cəmiyyət

ICESCO-nun Baş direktoru Azərbaycan pavilyonunu ziyarət edib -

11.11.2026 12:15 Gündəm

Azərbaycanın danışıqlar komandası COP31-də fəal işləyir -

11.11.2026 12:02 Cəmiyyət

Kerem Bürsin Xpress.az-a danışdı: Şirkətlərə sərt çağırış –

11.11.2026 11:57 Mədəniyyət

İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 11:31 Siyasət

Keniya Azərbaycanda səfirlik açacaq

11.11.2026 11:16 Siyasət

Şamaxıda 50 yaşlı qadın su çəninə düşərək boğulub

11.11.2026 11:10 Hadisə

Bakıda avtomobil körpüdən aşıb

11.11.2026 11:09 Hadisə

Lənkəranda kişi arvadının vurduğu iynədən şoka düşərək ölüb

11.11.2026 10:51 Hadisə

"TikTok"da canlı yayım açan sürücülərin

11.11.2026 10:27 Cəmiyyət

Bu gün dünya liderləri iqlim diplomatiyası üçün Antalyada görüşür

11.11.2026 09:17 Gündəm

Paşinyan Türkiyəyə səfər edib

11.11.2026 09:08 Gündəm

Lökbatanda itlər sakinə hücum etdi -

11.11.2026 08:52 Ana səhifə

Rubio: İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara ehtiyac qalmır

10.11.2026 20:32 Dünya

Prezident İlham Əliyev Türkiyəyə səfər edib -

10.11.2026 19:19 Siyasət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək