Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Ukraynalı deputat:
Ukraynalı deputat:
Dünya

Ukraynalı deputat: "Rusiya Ukrayna ilə yox, öz geosiyasi səhvləri ilə savaşır”

Xpress.az Redaksiyası 30.11.2025 00:04

Ukrayna–Rusiya müharibəsi başladığı gündən bu günə qədər beynəlxalq arenada bir sıra hadisələr və ciddi dəyişikliklər baş verib. Məsələn, müharibənin ilk mərhələlərində ABŞ Ukraynanı açıq şəkildə dəstəkləyirdi. Lakin son sülh planı ətrafında yaranan müzakirələrdən sonra bəzi siyasətçilər ABŞ-ın mövqeyində dəyişiklik olduğu, Vaşinqtonun Ukraynaya münasibətində əvvəlki kimi qətiyyət göstərmədiyini iddia edirlər. Digər tərəfdən, Avropa Birliyinin Ukraynaya humanitar, hərbi və iqtisadi dəstək verdiyi bütün dünya ictimaiyyətinə məlumdur. Son vaxtlar isə belə bir fikir formalaşıb ki, Rusiya əslində Ukrayna ilə deyil, bütövlükdə Avropa ilə savaşır. Məsələ ilə bağlı ukraynalı deputat, hüquq elmləri doktoru, professor Aleksandr Marejko Xpress.az-a açıqlama verib.

Professor Marejko bildirib ki,
“Rusiya üçün ABŞ həmişə düşmən olub. Donald Trampın yenidən siyasi səhnəyə qayıtması Kremlin bu yanaşmanı açıq şəkildə etiraf etməsinə mane olur – çünki Rusiya Tramp dövründə münasibətlərin yumşalacağına ümid edir. Avropanı isə yalnız passivlikdə ittiham etmək olar. Onu Rusiyanın düşməni kimi qələmə vermək absurddur. Avropa Rus torpaqlarını ələ keçirməyə hazırlaşmır, sadəcə Rusiyanın davranışlarını və imkanlarını qiymətləndirir.

Rusiya üçün əsas təhlükə nə Avropadır, nə də ABŞ. Kreml üçün real geosiyasi təhlükə Çindir. ABŞ üçün isə bölgədə baş verən proseslərin detalları ikinci plandadır. Əgər Rusiyada normal düşünən siyasətçilər olsaydı, anlayardılar ki, Çin onların gələcək suverenliyi üçün əsas riskdir. Tarazlığı qorumaq üçün Rusiya Avropa və ABŞ-la münasibətlərini yaxşılaşdırmalı və şimal bölgələrinin, eləcə də digər geniş ərazilərin inkişafı üçün qərb investisiyasını cəlb etməlidir. Bir daha qeyd edirəm: əgər Rusiyada rasional siyasət yürüdən rəhbərlik olsaydı, hər kəslə münasibətləri normallaşdırmağa çalışardı.”

Afaq Qurbanzadə 

Xpress.az 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

İlham Əliyev Antalyada COP31 Liderlər Sammitində iştirak edib -

11.11.2026 15:13 Siyasət

Ərdoğan COP31-də göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib

11.11.2026 15:06 Siyasət

Məryəm Üzərlidən azərbaycanlılara təşəkkür:

11.11.2026 13:49 Mədəniyyət

Sabah hava əsasən yağmursuz olacaq -

11.11.2026 12:53 Cəmiyyət

ICESCO-nun Baş direktoru Azərbaycan pavilyonunu ziyarət edib -

11.11.2026 12:15 Gündəm

Azərbaycanın danışıqlar komandası COP31-də fəal işləyir -

11.11.2026 12:02 Cəmiyyət

Kerem Bürsin Xpress.az-a danışdı: Şirkətlərə sərt çağırış –

11.11.2026 11:57 Mədəniyyət

İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 11:31 Siyasət

Keniya Azərbaycanda səfirlik açacaq

11.11.2026 11:16 Siyasət

Şamaxıda 50 yaşlı qadın su çəninə düşərək boğulub

11.11.2026 11:10 Hadisə

Bakıda avtomobil körpüdən aşıb

11.11.2026 11:09 Hadisə

Lənkəranda kişi arvadının vurduğu iynədən şoka düşərək ölüb

11.11.2026 10:51 Hadisə

"TikTok"da canlı yayım açan sürücülərin

11.11.2026 10:27 Cəmiyyət

Bu gün dünya liderləri iqlim diplomatiyası üçün Antalyada görüşür

11.11.2026 09:17 Gündəm

Paşinyan Türkiyəyə səfər edib

11.11.2026 09:08 Gündəm

Lökbatanda itlər sakinə hücum etdi -

11.11.2026 08:52 Ana səhifə

Rubio: İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara ehtiyac qalmır

10.11.2026 20:32 Dünya

Prezident İlham Əliyev Türkiyəyə səfər edib -

10.11.2026 19:19 Siyasət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək