Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat “Regional Su Meliorasiya Xidməti”nə uyğunsuzluğun...
“Regional Su Meliorasiya Xidməti”nə uyğunsuzluğun aradan qaldırılması üçün icrası məcburi göstəriş verildi
İqtisadiyyat

“Regional Su Meliorasiya Xidməti”nə uyğunsuzluğun aradan qaldırılması üçün icrası məcburi göstəriş verildi

Xpress.az Redaksiyası 02.12.2025 10:52

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində su təchizatında Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin tələblərinin pozulması halları müəyyənləşdirildiyindən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) ilə birgə əməkdaşlıq çərçivəsində “Regional Su Meliorasiya Xidməti” PHŞ-yə uyğunsuzluğun aradan qaldırılması üçün icrası məcburi göstəriş verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Xpress.az-a bildirilib ki, Agentlik müxtəlif təbii inhisar fəaliyyət sahələri üzrə Rəqabət Məcəlləsinin tələblərinə əməl olunmasına nəzarət edir. Bununla əlaqədar olaraq, Agentlik təbii inhisar subyektlərinin fəaliyyətinin tənzimlənməsi, eləcə də müştərilərin və təbii inhisar subyektlərinin maraqlarının uzlaşdırılmasının təmin olunması istiqamətində tədbirləri həyata keçirir.

Bu çərçivədə Biləsuvar rayonu sakinlərinin müraciətləri əsasında aparılan araşdırmalar zamanı su təchizatı prosesinin daha effektiv və hüquqi tələblərə tam uyğun şəkildə təşkili üçün əlavə mexanizmlərin tətbiqinə ehtiyac olduğu müəyyən edilib. Araşdırmaların nəticəsi olaraq, “Regional Su Meliorasiya Xidməti” PHŞ-nin fəaliyyətinin Rəqabət Məcəlləsinə tam uyğunluğunun təmin edilməsi məqsədilə bir sıra təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi əsas tutularaq iş qaldırılıb.

İşə baxılma prosesində təbii inhisar subyekti olan “Regional Su Meliorasiya Xidməti” PHŞ tərəfindən Biləsuvar rayonu ərazisində su təchizatı ilə bağlı həyata keçirilən müəyyən inzibati və texniki məsələlərin sahə üzrə qanunvericilik tələblərinə uyğun daha sistemli şəkildə icra olunmasının vacibliyi və  uyğunsuzluğun nəticələrinin aradan qaldırılmasına ehtiyac olduğu müəyyən edilib.

Bu xüsusda Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin müvafiq müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən “Regional Su Meliorasiya Xidməti” PHŞ-yə bütün ölkə ərazisində, o cümlədən Biləsuvar rayonunda su təchizatının qanunvericiliyə uyğun təşkili, suyun satışı ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tariflərin tətbiqi, istehlakçıların mənafeyinin qorunması və göstərilən xidmətlərin təsdiq olunmuş keyfiyyət normalarına uyğunlaşdırılması ilə bağlı icrası məcburi olan göstəriş verilib.

Göstəriş çərçivəsində su təchizatının dayanıqlılığının artırılması, abonentlərlə işin daha şəffaf aparılması, müvafiq tariflərin düzgün tətbiqi, həmçinin texniki infrastrukturun mərhələli şəkildə təkmilləşdirilməsi nəzərdə tutulur. Agentlik (AİBNDA) ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) bu istiqamətdə əməkdaşlığı davam etdirərək su təchizatının daha keyfiyyətli və qanunvericiliyə uyğun təşkil edilməsi üçün zəruri tədbirləri görməyə davam edəcəkdir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bu türk ölkəsi eneji içkilərini qadağan edir

05.11.2026 17:58 Dünya

“Zəfər arzuları” adlı sosial aksiya keçirilib -

05.11.2026 17:42 Cəmiyyət

Azərbaycana gətirilən 23 tondan çox quş əti məhv edilib

05.11.2026 17:28 Hadisə

"Qədiroğlu" MMC-nin idxal etdiyi yağın satışı dayandırıldı

05.11.2026 16:47 Hadisə

Dövlət Komitəsində “Bir şəkil” sənədli filminin təqdimatı olub -

05.11.2026 16:43 Ana səhifə

İran Ermənistana xəbərdarlıq edib

05.11.2026 16:17 Dünya

Zəngilan Aqroparkı yaradılıb -

05.11.2026 15:59 Siyasət

Prezident bir qrup media nümayəndəsini təltif etdi -

05.11.2026 15:55 Siyasət

Abşeron Milli Parkı dənizə qədər uzadılacaq

05.11.2026 15:42 Gündəm

Ronaldo yığmada karyerasını bitirdiyini açıqlayıb

05.11.2026 15:29 İdman

Bu avtobuslar yenilənir -

05.11.2026 14:19 Cəmiyyət

Evini kirayə verənlərin diqqətinə - Qaydalar dəyişir

05.11.2026 14:02 Cəmiyyət

Rüblük vergi bəyannamələri ləğv ediləcək

05.11.2026 13:10 Cəmiyyət

İrəvan ziyalılarının Azərbaycan mədəniyyətinə təsiri -

05.11.2026 12:59 Cəmiyyət

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

05.11.2026 12:48 Cəmiyyət

Paşinyan COP31-də iştirak üçün Türkiyəyə gedəcək

05.11.2026 12:41 Gündəm

DTX dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı

05.11.2026 12:35 Hadisə

Əhməd İsmayılov: Azərbaycan Radiosu ədəbi dilin saflığının qorunmasında misilsiz rol oynayıb

05.11.2026 12:14 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək