Cəmiyyət
Azərbaycan İstanbulda turizm sərgisində 107 min manata stend quraşdıracaq
Xpress.az Redaksiyası
15.12.2025 15:49
5-7 fevral 2026-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək “EMITT 2026” turizm sərgisində Azərbaycan stendi quraşdırılacaq.
Xpress.az xəbər verir ki, Azərbaycan Dövlət Turizm Agentliyi açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması üçün tender elan edib.
Stendi quraşdıracaq şirkətə 107.561,12 AZN verilməsi planlaşdırılır.