Cəmiyyət
Azərbaycan suda bulanıqlıq və xlor qalığını onlayn ölçən cihazlar alır
Xpress.az Redaksiyası
15.12.2025 16:00
Azərbaycan suda bulanıqlıq və xlor qalığını onlayn rejimdə ölçən cihazlar alır.
Xpress.az xəbər verir ki, bununla bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi Şəxs tender elan edib.
Tenderin ehtimal olunan qiyməti 689.168,97 AZN-dir.
Bulanıqlığın təyini üçün 15, qalıq xloru ölçmək üçün 15, eləcə də məlumatötürücü 15 cihaz alınacaq.