Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya BMT: Əfqanıstanda 17 milyon insan aclıq riski altı...
BMT: Əfqanıstanda 17 milyon insan aclıq riski altındadır
Dünya

BMT: Əfqanıstanda 17 milyon insan aclıq riski altındadır

Xpress.az Redaksiyası 17.12.2025 08:59

Əfqan uşaqları Paktika vilayətinin Gayan rayonunda baş vermiş zəlzələdən sonra müvəqqəti sığınacaqda yemək yeyirlər. 
Birləşmiş Millətlər Təşkilatının (BMT) Dünya Ərzaq Proqramı (WFP) və beynəlxalq qurumlar qış mövsümü yaxınlaşdıqca Əfqanıstanda milyonlarla insanın kəskin aclıq böhranı ilə üz-üzə qaldığı barədə xəbərdarlıq ediblər.
Çərşənbə axşamı yayımlanan açıqlamaya əsasən, ölkədə ən azı 17 milyon nəfər ciddi ərzaq təhlükəsizliyi problemi yaşayır. Aclıq böhranlarını izləyən İnteqrasiya olunmuş Ərzaq Təhlükəsizliyi Faza Təsnifatı (IPC) zəif iqtisadiyyat, yüksək işsizlik və xaricdən göndərilən pul köçürmələrinin azalması səbəbindən ərzaq yardımının əhalinin cəmi 2,7 faizinədək çatdığını bildirib.
IPC hesabatında qeyd olunur ki, iqtisadi çətinliklər, təkrarlanan quraqlıqlar, beynəlxalq yardımın azalması, eləcə də İran və Pakistan kimi qonşu ölkələrdən geri qayıdan əfqanların sayının artması ölkənin məhdud resurslarına əlavə təzyiq yaradır və ərzaq təhlükəsizliyi vəziyyətini daha da ağırlaşdırır.
WFP-nin Ərzaq üzrə Direktoru Jan-Marten Bauer Cenevrədə keçirilən mətbuat konfransında bildirib:
“IPC hesabatına görə, Əfqanıstanda 17 milyondan çox insan kəskin ərzaq təhlükəsizliyi şəraitində yaşayır. Bu, ötən illə müqayisədə 3 milyon nəfər çoxdur.”
Bauerin sözlərinə görə, təxminən 4 milyon uşaq kəskin qidalanma çatışmazlığından əziyyət çəkir, onların təxminən 1 milyonu isə ağır kəskin qidalanma vəziyyətindədir və təcili müalicəyə ehtiyac duyur.
Hesabata əsasən, 2026-cı ilin martına qədər olan dörd aylıq dövrdə Əfqanıstan əhalisinin üçdə birindən çoxu — yəni 17 milyondan artıq insan — böhran səviyyəsində aclıqla üzləşəcək. Bu qrup daxilində təxminən 4,7 milyon nəfər ən yüksək xəbərdarlıq mərhələsi olan fövqəladə vəziyyət səviyyəsində ərzaq təhlükəsizliyi riski altındadır.
Artıq ağır olan vəziyyət sentyabr ayında Əfqanıstanın şərqində, Kunar vilayətində baş verən 6,0 bal gücündə zəlzələ ilə daha da pisləşib. Zəlzələ nəticəsində 2 200-dən çox insan həlak olub.
Zəlzələdən sonra ən çox zərər çəkmiş bölgələrdə fəaliyyət göstərən humanitar təşkilatlar beynəlxalq ictimaiyyəti daha çox maliyyə dəstəyi göstərməyə çağırıblar.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub

13.11.2026 18:00 Hadisə

Kəlbəcər sakini NİYƏ EVSİZ QALIB? -

13.11.2026 17:28 Ana səhifə

Qana nümayəndələri Sumqayıt Sənaye Parkında olublar

13.11.2026 17:20 İqtisadiyyat

Fərhad Bədəlbəyli: Mədəniyyət Nazirliyi ziyalılarla məsləhətləşməlidir

13.11.2026 16:46 Mədəniyyət

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir

13.11.2026 15:01 Gündəm

Sabah 22 dərəcə isti olacaq

13.11.2026 13:41 Cəmiyyət

13.11.2026 13:09 Siyasət

AzAK-ın beynəlxalq əməkdaşlıq coğrafiyası genişlənir

13.11.2026 12:18 İqtisadiyyat

AzAK: Akkreditasiya üzrə 92 müraciət daxil olub, 101 attestat verilib

13.11.2026 11:36 İqtisadiyyat

Azərbaycanda 369 akkreditasiya attestatı qüvvədədir

13.11.2026 11:31 İqtisadiyyat

Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib

13.11.2026 11:07 Gündəm

Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təlimi başlayıb

13.11.2026 10:24 Gündəm

Ağsuda 69 yaşlı piyadanı avtomobil vuraraq öldürüb

13.11.2026 09:52 Hadisə

Hövsan, Binəqədi, Şirvan və Yevlaxda güzəştli mənzillər satışa çıxarıldı

13.11.2026 09:01 Cəmiyyət

İraq və Azərbaycan Türkiyə üzərindən qaz tədarükünü müzakirə ediblər

13.11.2026 08:39 İqtisadiyyat

Türkiyədə helikopter qəzaya uğrayıb, 4 hərbçi həlak olub

12.11.2026 21:09 Hadisə

Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü olub -

12.11.2026 21:04 Siyasət

Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 19:48 Siyasət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək