Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Vətəndaşlarla əlaqələrin gücləndirilməsi
Vətəndaşlarla əlaqələrin gücləndirilməsi
Cəmiyyət

Vətəndaşlarla əlaqələrin gücləndirilməsi MÜZAKİRƏ OLUNDU - FOTOLAR

Xpress.az Redaksiyası 17.12.2025 12:27

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib.

Xpress.az xəbər verir ki, iclasda Şuranın cari fəaliyyəti, görülmüş işlər və qarşıdakı dövr üçün prioritet məsələlər müzakirə olunub. Qeyd edilib ki, İctimai Şura qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin operativ şəkildə dövlət qurumlarına çatdırılması və ictimai nəzarətin təmin olunması baxımından mühüm rol oynayır.

İctimai Şuranın sədri Anar Xəlilov çıxış edərək Şuranın fəaliyyət istiqamətləri, vətəndaşlardan daxil olan müraciətlərin təhlili və bu müraciətlər əsasında qaldırılan məsələlər barədə məlumat verib. O, xüsusilə sosial şəbəkələr üzərindən daxil olan müraciətlərin artdığını vurğulayaraq, bu müraciətlərin sistemli şəkildə araşdırılmasının və vətəndaşlarla əlaqələrin daha da gücləndirilməsinin vacibliyini qeyd edib.

Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov öz çıxışında Komitənin fəaliyyətində ictimai iştirakçılığın əhəmiyyətini vurğulayıb, İctimai Şura ilə əməkdaşlığın Komitə üçün önəmli olduğunu bildirib. O, Şura üzvlərinin təklif və tövsiyələrinin aidiyyəti struktur bölmələr tərəfindən nəzərdən keçirildiyini və bu əməkdaşlığın davam etdiriləcəyini diqqətə çatdırıb.

İclasda, həmçinin sosial şəbəkələrdən və digər kommunikasiya kanalları vasitəsilə daxil olan müraciətlərin operativ cavablandırılması, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi və şəffaflığın artırılması ilə bağlı fikir mübadiləsi aparılıb. İctimai Şura üzvləri bu istiqamətdə öz təklif və tövsiyələrini səsləndiriblər.

İclasın sonunda qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, ictimai nəzarətin gücləndirilməsi, qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə yönəlmiş fəaliyyətlərin daha da səmərəli qurulması ilə bağlı müvafiq qərarlar qəbul olunub. 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək