Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Bədən qoxusu dəyişirsə, narahat olmaq lazımdırmı?
Bədən qoxusu dəyişirsə, narahat olmaq lazımdırmı?
Cəmiyyət

Bədən qoxusu dəyişirsə, narahat olmaq lazımdırmı?

Xpress.az Redaksiyası 17.12.2025 18:44

Sağlam qidalanmaya başladıqda bir çoxumuz ilk günlərdə qəribə dəyişikliklər hiss edirik.
Sanki bədən əvvəlki kimi qoxmur, vurduğumuz ətirlər belə fərqli hiss olunur. Hətta iy duyma reseptorlarımızın işi dəyişirmiş kimi gəlir.
Bu barədə Xpress.az-a açıqlamasında sağlam qidalanma üzrə ekspert Elnur Nemətov bildirib ki, bu hal çox vaxt insanı narahat edir və belə bir sual yaranır:
Bəlkə nəsə düzgün getmir?
Gəlin görək, elm bu barədə nə deyir.
Bildiyimiz kimi, normal şəraitdə orqanizm enerji mənbəyi kimi əsasən qlükoza, yəni şəkərdən istifadə edir. Şirniyyatlar, ağ un məmulatları, çörək, fast-food və emal olunmuş qidalar bu mexanizmin əsas yanacağıdır. Orqanizm illərlə bu sistemlə işlədiyi üçün ona uyğunlaşır.
Lakin şəkər qəbulunu azaltdıqda, ağ undan hazırlanmış məhsullardan imtina etdikdə, uzun fasilələrlə qidalandıqda və ya ac qaldıqda bədən artıq bu yanacağı tapa bilmir. Məhz bu anda çox vacib bir mərhələyə keçid başlayır. Bu mərhələ sağlam qidalanmanın və xüsusilə keto diyetin əsasını təşkil edir.
Keto diyet nədir?
Bu mərhələdə qaraciyər “ehtiyat planını” işə salır və yağları parçalamağa başlayır. Bu proses zamanı bədəndə ketonlar adlanan maddələr yaranır. Yəni qaraciyər keton cisimcikləri istehsal edir.
Ketonlar nədir?
Ketonlar — orqanizmin enerji üçün yağları yandırdığı zaman əmələ gələn maddələrdir. Onlar əsasən karbohidrat qəbulu azaldıqda, uzun müddət qida qəbul olunmadıqda və ya aşağı karbohidratlı rasiona keçdikdə yaranır.
Sadə dillə desək, ketonlar bədənin alternativ yanacağıdır. Bu, hibrid avtomobildə batareya boşaldıqda benzin mühərrikinin işə düşməsinə bənzəyir. Bədəndə də şəkər azaldıqda yağların parçalanması aktivləşir.
Bu zaman yaranan ketonlar beyin də daxil olmaqla hüceyrələr üçün enerji mənbəyinə çevrilir. Orqanizm sanki iki mühərrikli sistem kimi işləyir:
Şəkər mühərriki – sürətli enerji,
Yağ–keton mühərriki – davamlı və ehtiyat enerji.
Yəni şəkər bitəndə bədən deyir: Problem deyil, yağla işləyərəm.
Bəs ketonlar bədəndən necə xaric olur?
Yaranan ketonların bir hissəsi nəfəs yolu ilə, tərlə və sidik vasitəsilə bədəndən xaric edilir. Məhz bu mərhələdə orqanizmin daxili kimyəvi balansı dəyişdiyi üçün bədən qoxusu, tərin və nəfəsin iyi fərqlənə bilər. Hətta vurulan ətir əvvəlki kimi hiss olunmaya bilər.
Çünki sağlam qidalanmaya keçid zamanı qaraciyər daha aktiv işləyir. Yeni qida rejimi köhnə metabolik məhsulların parçalanmasını sürətləndirir. Qaraciyər yağları enerji üçün parçalayır, toksinləri neytrallaşdırır və qanı təmizləyir.
Bu proses zamanı illərlə yağ toxumasında yığılan tullantılar dövriyyəyə buraxılır və onların bir hissəsi tər, sidik və nəfəs vasitəsilə bədəndən xaric edilir.
Bu təhlükəlidirmi?
Əgər:
su qəbulu kifayətdirsə,
qidalanma balanslıdırsa,
düzgün ardıcıllıq saxlanılırsa,
halsızlıq və başgicəllənmə müşahidə olunmursa,
bu dəyişikliklər adətən təhlükəli deyil. Əksinə, bu hal yağların parçalanması nəticəsində yaranan metabolik məhsulların xaric olma prosesinin aktivləşdiyini göstərir.
Lakin istisna hallarda uzunmüddətli, kəskin və xoşagəlməz qoxu digər sağlamlıq problemlərinin siqnalı ola bilər. Bu zaman mütləq həkimə müraciət etmək lazımdır.
Vacib məqam
Keto diyetin mexanizmi tibbi baxımdan məntiqlidir. Lakin onun tətbiqi zamanı nəzarət, balans və düzgün qida ardıcıllığı olduqca vacibdir.
Unutmayaq ki, keto hər kəs üçün uyğun deyil. Xüsusilə:
hamiləlik dövründə,
qaraciyər və böyrək xəstəliklərində,
bəzi hormonal pozuntular zamanı
keto diyet riskli ola bilər. Bu səbəbdən onu kor-koranə tətbiq etmək düzgün deyil.
Nəticə
Keto diyetə və ya ümumilikdə sağlam qidalanmaya keçid zamanı bədən iyinin dəyişməsi, tərin fərqli qoxması və iy hissinin artması xəstəlik yox, metabolik adaptasiyanın təbii mərhələsidir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək