Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Etiketlərlə bağlı
Etiketlərlə bağlı
Cəmiyyət

Etiketlərlə bağlı AQTA-dan tələb

Xpress.az Redaksiyası 17.12.2025 20:16

“Qida təhlükəsizliyi haqqında” Qanununun 17-ci maddəsinə əsasən, istehlakçıya qida məhsullarının adı, qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, saxlanma şəraiti, habelə tərkibindəki allergenlər barədə dolğun məlumatlar verilməlidir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, məhsulların etiketlənməsi aydın, dəqiq və istehlakçılar üçün tam başa düşülən formada həyata keçirilməlidir.

Qida məhsullarının tərkibində istifadə olunduğu halda allergen maddələr etiketdə mütləq qeyd edilməlidir. Həmin allergenlərə qlüten ehtiva edən taxıllar, xərçəngkimilər, molyusklar, yumurta, balıq, yer fındığı, soya, süd və süd məhsulları və digərləri daxildir.

Qida məhsullarında allergenlərin qeyd olunmasının əsas məqsədi istehlakçıların məlumatlı və təhlükəsiz seçim etməsini təmin etmək, eləcə də qida allergiyaları ilə bağlı yarana biləcək sağlamlıq risklərinin qarşısını almaqdır.

“AQTA istehlakçı hüquqlarının qorunması və ictimai sağlamlığın təmin edilməsi məqsədilə məhsul tərkibi barədə dürüst, tam və şəffaf məlumatın təqdim olunmasına nəzarəti, eləcə də maarifləndirmə tədbirlərini ardıcıl şəkildə davam etdirir”, - deyə məlumatda vurğulanıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək