Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Uşaqlar palçıq içində məktəbə gedir:
Uşaqlar palçıq içində məktəbə gedir:
Cəmiyyət

Uşaqlar palçıq içində məktəbə gedir: VƏZİYYƏT DÖZÜLMƏZDİR

Xpress.az Redaksiyası 18.12.2025 18:55

Abşeron rayonunun Masazır qəsəbəsində 4 və 7 nömrəli tam orta məktəblərin qarşısındakı yollar yağış yağdığı zaman palçıqdan keçilməz vəziyyətə düşür, valideynlər bu vəziyyətdən narazılıqlarını bildiriblər. Sakinlər və valideynlərin sözlərinə görə, yağıntıdan dərhal sonra məktəblərin önündəki küçələrdə palçıqla örtülü hissələr yaranır ki, bu da uşaqların məktəbə gediş-gəlişini çətinləşdirir. Avtomobillər palçığa ilişir, piyadalar üçün hərəkət təhlükəli olur. Bu vəziyyət həm sərnişinlərin rahatlığını pozur, həm də yol təhlükəsizliyi baxımından risk yaradır. 

 Abşeron Rayon İcra Hakimiyyətindən Xpress.az-a bildirilib ki, daxili küçələr bələdiyyələrin balansında olduğu üçün yolların abadlaşdırılması işləri yerli özünüidarəetmə orqanlarının büdcə imkanları çərçivəsində həyata keçirilir. Bələdiyyələrin büdcələri əsasən sakinlərin ödədiyi vergilərdən formalaşdığından yeni küçələrin asfaltlanmasında müəyyən gecikmələr müşahidə olunur. Buna baxmayaraq, küçələrin asfaltlanması həm Abşeron RİH, həm də yerli bələdiyyə tərəfindən daim diqqətdə saxlanılır və işlər mərhələli şəkildə həyata keçirilir. Son 4 il ərzində Masazır kəndində əsasən şəhidlərimizin adını daşıyan və onların ailələrinin yaşadığı küçələrdə, eləcə də mərkəzi yollarda abadlıq və asfaltlanma işləri aparılıb. Ötən il kəndin 17 daxili küçəsində abadlıq işləri həyata keçirilib. Bu il isə Abşeron, Şəfiqə Axundova, Şəhid Əsəd Əsədov, Seyid Əzim Şirvani və Şəfiqə Heybətova küçələri asfaltlanaraq sakinlərin istifadəsinə veriləcək. Həmçinin, Masazır 6 saylı tam orta məktəbin yerləşdiyi Abşeron küçəsi də əsaslı şəkildə abadlaşdırılacaq. Hazırda bu istiqamətdə sənədləşmə işləri son mərhələdədir və yaxın həftələrdə işlərə başlanacaq. Kənddə yeni salınan daxili küçələrin abadlaşdırılması və sakinlərin istifadəsinə verilməsi məsələsi daimi olaraq yerli bələdiyyənin nəzarətindədir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək