Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Qırğızıstanlı səfirin Ağdamda səmimi görüntülə...
Qırğızıstanlı   səfirin   Ağdamda səmimi görüntüləri: Bulaqdan su içdi,şəhidlərin ruhuna dualar  oxudu   —
Cəmiyyət

Qırğızıstanlı səfirin Ağdamda səmimi görüntüləri: Bulaqdan su içdi,şəhidlərin ruhuna dualar oxudu — FOTOLAR

Xpress.az Redaksiyası 18.12.2025 19:55

Qırğız  Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli  səfiri cənab  Maksat  Mamıtkanov Qarabağın işğaldan azad olunmuş ərazilərinə səfərə  gedib.

Bu barədə  Xpress.az-a  Qırğız  Respublikasının Azərbaycan Respublikasındakı  Səfirliyindən məlumat daxil olub.

Səfər çərçivəsində  Ağdam rayonunda  yerləşən Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbində  Qırğız Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi və Türk Ticarət Mərkəzinin  birgə tədbirinin keçirilməsi nəzərdə tutulur.

19 dekabr 2025-ci il tarixdə baş tutacaq görüşdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi cənab Emin Hüseynov,Qırğız  Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli  səfiri cənab  Maksat  Mamıtkanov, Türk Ticarət Mərkəzinin (TTM) direktoru  cənab  Yılmaz Okuklu, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə heyətinin üzvü cənab Rafiq Qarayev, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif  Həsənov və digər  şəxslər iştirak edəcəklər.

Qırğız  Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin və  Türk Ticarət Mərkəzinin  birgə həyata keçirdiyi  tədbir zamanı qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü, 4 dekabr "Manas Dastanı Günü" və 11 dekabr “Beynəlxalq Dağlar Günü” münasibəti ilə Ağdam rayon sakinləri ilə  görüş  nəzərdə tutulur.

Qırğız Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi və Türk Ticarət Mərkəzinin birgə ideyası olan bu tədbirin təşkil olunmasında məqsəd ölkələr arasındakı tarixi  qardaşlıq bağlarını daha da möhkəmləndirmək,ölkə liderlərinin yürütdükləri  siyasətə dəstək vermək və işğaldan azad olunmuş ərazilərə,öz doğma yurdlarına qayıtmış Azərbaycan vətəndaşları ilə birgə olduqlarını  nümayiş etdirməkdir.

Cənab səfirin işğaldan azad olunmuş Qarabağ torpaqlarına heç bir xüsusi mühafizə qoruması  olmadan getməsi və insanlarla səmimi görüşü diqqəti cəlb edib.O,Ağdamın Kəngərli kəndində  sakinlərlə  birgə  nahar edib,çay süfrəsində səmimi hisslərini bölüşüb.

Hər zaman Azərbaycan xalqına qardaş mövqeyində dayanan Qırğızıstan Respublikasının səfiri Ağdam rayonu,Əlimədədli kənd şəhidlərinin ruhuna dualar oxuyub və onlar haqqında məlumatlar əldə edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək