Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Kamran Əsədova Fəxri diplom verilməsi ilə bağlı mə...
Kamran Əsədova Fəxri diplom verilməsi ilə bağlı məlumatlara aydınlıq gətirilib
Cəmiyyət

Kamran Əsədova Fəxri diplom verilməsi ilə bağlı məlumatlara aydınlıq gətirilib

Xpress.az Redaksiyası 19.12.2025 17:32

Sosial şəbəkələrdə AMEA rəhbərliyinin Kamran Əsədova Fəxri diplom verməsi ilə bağlı getmiş məlumatlara aydınlıq gətirilib.

Bu barədə AMEA-nın Mətbuat xidmətindən Xpress.az-a bildirilib ki, ölkəmizin media nümayəndələrinə fəxri diplomlar sosial şəbəkələrdə yazıldığı kimi heç də “bir müddət öncə” deyil, Milli Elmlər Akademiyasının “Elm günü” ilə əlaqədar 10 aprel 2025-ci il tarixdə keçirdiyi tədbirdə təqdim olunub:

"AMEA tərəfindən 2024-cü ildə və 2025-ci ilin “Elm günü” tədbirinin qeyd olunduğu vaxtadək ölkə mətbuatında və sosial şəbəkələrdə Akademiya Rəyasət Heyətinin və elmi-tədqiqat institutlarının fəaliyyətini, keçirdikləri tədbirləri işıqlandırmaqda fərqlənən mətbuat işçilərinə fəxri diplomların verilməsi nəzərdə tutulub. AMEA mətbuat xidmətinin apardığı araşdırmalar əsasında Akademiyada keçirilən tədbirlərin işıqlandırılması sahəsində fərqləndikləri üçün dövlət mətbuatından Əflatun Amaşov (“Xalq qəzeti”nin baş redaktoru), müstəqil mətbuat sahəsindən Yusif Rzayev (“525-ci qəzet”in baş redaktorunun birinci müavini), sosial şəbəkə mətbuatından Kamran Əsədov, Akademiya mətbuat nümayəndələrindən isə İlham Alıyev “Elm günü” tədbirlərində fəxri diplomlarla təltif olunmuşlar.

Əməkdaşımız İlham Alıyevdən başqa, yuxarıda adları çəkilən Əflatun Amaşov və Yusif Rzayevi əvvəlcədən şəxsən tanıdığımız halda, Kamran Əsədovla Akademiyada birinci və sonuncu görüş “Elm günü” ilə əlaqədar tədbirdə olub. Adları çəkilən mətbuat işçilərinə diplom verilərkən Kamran Əsədov haqqında inzibati məsuliyyətə cəlb edilmə ilə bağlı heç bir rəsmi məlumata rast gəlinməmişdir. Ona görə də səkkiz ay sonra baş vermiş hadisəni ümumi mətndən ayırmaq və bilərəkdən “az müddət öncə” olmuş əhvalat kimi cəmiyyətə təqdim etmək Akademiyanı məqsədli şəkildə hər hansı bir xoşagəlməz hadisəyə cəlb etmək və adını süni şəkildə hallandırmaq məqsədi daşıyır".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək