Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Elektrik xərclərini necə azaltmaq olar? -
Elektrik xərclərini necə azaltmaq olar? -
Cəmiyyət

Elektrik xərclərini necə azaltmaq olar? - FAYDALI TÖVSİYƏ

Xpress.az Redaksiyası 21.12.2025 17:42

Gündəlik həyatda kiçik görünən, amma çox vaxt diqqətdən yayınan detallar elektrik hesabında nəzərəçarpacaq qənaət etməyə imkan verir.

Elektrik xərclərinin yüksəlməsinin əsas səbəblərindən biri evdəki cihazların düzgün istifadə edilməməsidir. Elə buna görə də, elektrik enerjisinə qənaət etməyin yolları əsasən kiçik, amma davamlı vərdişlərdən keçir.

Evdəki bir çox elektron cihaz söndürülmüş kimi görünsə də, şəbəkəyə taxılı qaldığı müddətdə enerji sərf etməyə davam edir. Mütəxəssislərin sözlərinə görə, bəzi elektron qurğular saatda 10 vattadək elektrik sərf edə bilir. Ayın sonunda bu cür xırda sərfiyyatlar ciddi məbləğə çevrilə bilər.

Xüsusilə printerlər, kompüterlər, oyun konsolları kimi cihazların istifadə edilmədiyi vaxtlarda cərəyandan çıxarılması tövsiyə olunur.

Mətbəx texnikası da elektrik sərfiyyatında mühüm paya malikdir. Məsələn, qəhvə maşınları kimi kiçik məişət cihazları istifadə edildikdən sonra şəbəkədə saxlanılarsa, saatda təxminən 70 vatt enerji sərf edə bilər. Bu səbəbdən mütəxəssislər mətbəx cihazlarının iş bitdikdən sonra mütləq prizdən çıxarılmasını məsləhət görürlər.

Ağıllı cihazlar və enerjiyə qənaətcil lampalar tək-tək istifadə edildikdə çox enerji sərf etməsə də, sayları artdıqca ümumi sərfiyyat da yüksəlir. Mütəxəssislər lazımsız ağıllı funksiyaların deaktiv edilməsini, istifadə olunmayan işıqların söndürülməsini tövsiyə edirlər.

Bundan əlavə, yeni məişət texnikası alarkən enerji səmərəliliyi sinfinə diqqət yetirmək də elektrik xərclərini azaltmağın ən təsirli yollarından biri hesab olunur.(referans)

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək