Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Mənşə sertifikatları yalnız “E-keyfiyyet” sistemi...
Mənşə sertifikatları yalnız “E-keyfiyyet” sistemi üzərindən veriləcək
İqtisadiyyat

Mənşə sertifikatları yalnız “E-keyfiyyet” sistemi üzərindən veriləcək

Xpress.az Redaksiyası 22.12.2025 10:03

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ixrac fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinə müraciət edir.

Xpress.az Agentliyə istinadən xəbər verir ki, 2026-cı ilin 1 yanvar tarixindən etibarən mənşə sertifikatları üzrə müraciətlər yalnız Keyfiyyət informasiya sistemi (E-keyfiyyet.gov.az) üzərindən qəbul olunacaq.

Bununla əlaqədar olaraq, cari ilin avqust ayından etibarən Bakı şəhəri və regionlarda 300-dən çox ixracla məşğul olan sahibkarlıq subyektləri ilə “Mənşə sertifikatı” alt modulundan istifadəyə dair maarifləndirici görüşlər keçirilib. Nəticədə, ümumi təqdim olunan mənşə sertifikatlarının 83%-i Keyfiyyət informasiya sistemi üzərindən təmin edilib.

Sahibkarların Keyfiyyət informasiya sistemindən istifadə bacarıqlarının artırılması məqsədilə “Mənşə sertifikatı” alt moduluna dair videotəlimat Agentliyin rəsmi “Youtube” kanalında (https://www.youtube.com/watch?v=ZUwJT2mODRg&t=89s ) da yerləşdirilib. Həmçinin “e-keyfiyyet.gov.az” informasiya sisteminin “Elektron xidmətlər” bölməsinin (https://e-keyfiyyet.gov.az/e-services ) “Mənşə sertifikatlarının alınması üçün müraciət” alt bölməsi vasitəsilə də videotəlimatla tanış olmaq mümkündür.

Qeyd edək ki, hazırda mənşə sertifikatlarının əldə olunması üçün müraciətlər həm Keyfiyyət informasiya sistemi (E-keyfiyyet.gov.az), həm də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsi (economy.gov.az) vasitəsilə hibrid formada həyata keçirilir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək