Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Abşeronda "Qərbi Azərbaycana qayıdış prosesində in...
Abşeronda "Qərbi Azərbaycana qayıdış prosesində informasiya cəmiyyətinin rolu" mövzusunda tədbir keçirilib
Cəmiyyət

Abşeronda "Qərbi Azərbaycana qayıdış prosesində informasiya cəmiyyətinin rolu" mövzusunda tədbir keçirilib

Xpress.az Redaksiyası 25.12.2025 22:29

Bu gün Abşeron İcra Hakimiyyətinin dəstəyi, Qərbi Azərbaycan İcmasının Abşeron rayon nümayəndəliyi "Müasir İnternet Resurslarının İnkişafı" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Qərbi Azərbaycana qayıdış prosesində informasiya cəmiyyətinin rolu"mövzusunda tədbir keçirilib.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Millət vəkili Müşfiq Məmmədli, Qərbi Azərbaycan İcmasının Abşeron rayon üzrə nümayəndəsi Bilman Vəliyev,
 Abşeron Rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın sədr müavini, "Müasir İnternet Resurslarının İnkişafı" İctimai Birliyinin sədri Zamin Zeynal, Abşeron Rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, Qərbi Azərbaycan İcmasının gənclər şurasının üzvü Heydər Vəliyev fəal  iştirak edərək çıxış ediblər.

Tədbirdə çıxış edənlər Qərbi Azərbaycan İcmasının fəaliyyətinə diqqət çəkərək qeyd ediblər ki, Qalib Prezident İlham Əliyevin diqqət və qayğısı ilə yaradılan Qərbi Azərbaycan İcması Qərbi Azərbaycana qayıdış kosepsoyasına uyğun olaraq fəaliyyətini uğurla davam etdirir.

Natiqlər onu da deyiblər ki, Qərbi Azərbaycan Azərbaycanın tarixi, əzəli torpağıdır. Tarixən xalqımıza məxsus olan Qərbi Azərbaycanın tarixi, adət və ənənələri və orada yaşayan soydaşlarımız erməni vandalizminə məruz qalıblar. Yaxşı olar ki, bu yöndə tarix faktlara əsaslanan həqiqətləri Beynəlxalaq ictimaiyyətin diqqətinə çatdırılmasında informasiya cəmiyyəti təmsilçilərinin milli ruhlu gənclərlə həmrəylik ruhunda çalışaraq  sosial media platformalarında aktiv şəkildə fəaliyyət göstərmələri olduqca vacibdir.

Tədbirdə "Müasir İnternet Resurslarının İnkişafı" İctimai Birliyinin sədri Zamin Zeynal geniş məzmunlu çıxışında qeyd edib ki, tarixi faklara əsaslanaraq deyə bilərik ki, Ermənilər zaman-zaman Qərbi Azərbaycanda 
soydaşlarımıza qarşı etnik təmizləmə siyasətini planlı şəkildə aparıblar. 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə bu proses xüsusilə amansızlıqla həyata keçirilib. Zəngəzur daxil olmaqla azərbaycanlıların üstünlük təşkil etdiyi bir çox bölgələr indiki Ermənistana verilib.
 Təssüflə qeyd etməliyik ki, bədnam ermənilərin həyata keçirdiyi etnik təmizləmə nəticəsində qərbi Azərbaycanlılar öz doğma ata-baba torpaqlarından zorla köçürülüblər.Qərbi Azərbaycan ərazisində yerləşən tarixi keçmişimizə, abidələrimizə qarşı vandalizm aktları həyata keçirən Ermənistan bu mədəni-dini abidələri özününküləşdirməyə, hətta dəyişməyə belə cəhd göstərib: “Tarixi Azərbaycan torpaqlarında yerləşən bu mədəni abidələrə qarşı aparılan vandal hərəkətlər isə beynəlxalq hüquq müstəvisində araşdırılmalı, müvafiq qiymətini almalıdır. Azərbaycanın mədəni irsinə qarşı soyqırımı həyata keçirən Ermənistan törətdiyi bu cinayətlərə görə də cavab verməlidir.

MİRİİB sədri Zamin Zeynal onuda xüsusi olaraq bildirib ki, Prezident Cənab İlham Əliyevin müəyyənləşdiyi strateji hədəf  Qərbi Azərbaycanlı soydaşlarımızın   qayıdışına nail olmaqdır. Qərbi Azərbaycana qayıdış konsepsiyasından irəli gələn ictimai - siyasi kursu əsas götürərək informasiya cəmiyyətinin fəal iştirakçıları olaraq hər birimiz Qərbi Azərbaycan həqiqətlərini tarixi faktların və rəqəmlərin dili ilə yerli və Beynəlxalq ictimaiyyətə  təbliğ  etməliyik. Birsözlə, informasiya cəbhəsində milli, vətənpərvər gənclərlə birlik əzmində daha çox çalışaraq Qərbi Azərbaycana qayıdış prosesinə ictimai-siyasi təkan olmalıyıq.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Payız gəldi, D vitamini azaldı?

18.09.2026 11:51 Sağlamlıq

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək