Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya "Yəmənin ərazi bütövlüyünə dəstəyimizi bir daha
"Yəmənin ərazi bütövlüyünə dəstəyimizi bir daha
Dünya

"Yəmənin ərazi bütövlüyünə dəstəyimizi bir daha təsdiqləyirik" - XİN

Xpress.az Redaksiyası 27.12.2025 18:31

Azərbaycan Səudiyyə Ərəbistanı Krallığı və Birləşmiş Ərəb Əmirliklərinin Yəmən Respublikasında gərginliyin azaldılması, təhlükəsizlik və sabitliyin təşviqi istiqamətində göstərdiyi səyləri alqışlayır.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

Qeyd olunub ki, Yəməndə mövcud vəziyyət təmkinli davranmağın, kollektiv fəaliyyətə, dialoqa və sülh yolu ilə həllərə üstünlük verməyin zəruriliyini önə çıxarır.

"Azərbaycan Yəmən Respublikasının birliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyir və ölkədə davamlı sülh, rifah və inkişafın əldə olunması məqsədilə yəmən xalqının maraqlarının qorunmasına yönəlmiş bütün təşəbbüsləri yüksək qiymətləndirir", - paylaşımda bildirilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək