Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya 1400 Mvt atom enerji bloku istismara verilir
1400 Mvt atom enerji bloku istismara verilir
Dünya

1400 Mvt atom enerji bloku istismara verilir BU ÖLKƏDƏ

Xpress.az Redaksiyası 30.12.2025 20:42

Cənubi Koreyada gücü 1400 MVt olan atom enerji blokunun istismara verilməsinə icazə verilib.

Cənubi Koreyanın Nüvə Təhlükəsizliyi və Mühafizəsi üzrə Komissiyasının məlumatına görə, Ulsan şəhərində yerləşən “Saul” (Saul/Sauel) AES-in 3 nömrəli enerji blokunda altı ay müddətində sınaq istismarına başlayacaq. Bundan sonra reaktorun 2026-cı ildə kommersiya istismarına verilməsi planlaşdırılır.

Cənubi Koreyada 26 nüvə reaktoru fəaliyyət göstərir, daha üç reaktor isə tikinti mərhələsindədir. 2024-cü ildə ölkədə elektrik enerjisi istehsalının 31,7 faizi atom energetikasının payına düşüb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək