Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya "Putinin Valdaydakı iqamətgahına dron hücumu feykd...
"Putinin Valdaydakı iqamətgahına dron hücumu feykdir"-
Dünya

"Putinin Valdaydakı iqamətgahına dron hücumu feykdir"- Zelenski

Xpress.az Redaksiyası 30.12.2025 22:29

Vladimir Putinin Valdaydakı iqamətgahına zərbələr ilə bağlı iddiası feykdir.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərin onlayn formatda suallarını cavablandırarkən deyib.

Ukrayna Prezidenti bildirib ki, heç kim oranı vurmayıb. Onun fikrincə, bu, Rusiya tərəfinin danışıqları pozmaq cəhdi ilə bağlıdır:

"Bu daha çox bir ay ərzində komandalarımızın uğurlu danışıqları və müsbət görüşü ilə bağlıdır. Moskva narahatdır. Bu işlərimizin finalı olaraq Prezident Trampla görüşümüz oldu".

V.Zelenski vurğulayıb ki, ABŞ Prezidentindən sonra Avropa ölkələrinin liderləri ilə görüşəcək.

"Sonra hamımız bir araya gələcəyik ki, müharibənin bitməsi ilə bağlı irəliyə doğru addımlar ataq. Biz istəyirik ki, yanvarda bir çox müxtəlif addımlar atılsın", - V.Zelenski deyib.

O hesab edir ki, Rusiya, bu formatda heç kim üçün hər hansı bir müsbət nəticənin olmasını istəmir: "Buna görə onlar belə ittihamlar irəli sürürlər".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək