Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Təbii fəlakət: Üç çoban qar uçqunu altında
Təbii fəlakət: Üç çoban qar uçqunu altında
Dünya

Təbii fəlakət: Üç çoban qar uçqunu altında qaldı

Xpress.az Redaksiyası 31.12.2025 16:32

Türkiyənin Artvin vilayətinin Ardanuç rayonunun Zekeriya kəndində baş verən təbii fəlakət nəticəsində üç çoban kiçik mal-qara sürüsü ilə birlikdə qar uçqunu altında qalıb.

 "TRT Haber"ə istinadən xəbər verir.

Məlumata görə, uçqun Ardanuç rayonunda dəniz səviyyəsindən 2 300 metr yüksəklikdə yerləşən Aksu yaylasında yerli vaxtla səhər saat 11:00 radələrində baş verib. Üç çobanın sürüləri ilə birlikdə qar altında qalması xəbərindən sonra AFAD qrupları səfərbər edilib. Qruplar qarla örtülü yolları təmizləyən ağır texnikanın köməyi ilə əraziyə çatmağa çalışırlar.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək