Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Filippində Yeni il gecəsi uşaqlara qumbara atıldı...
Filippində Yeni il gecəsi uşaqlara qumbara atıldı -
Dünya

Filippində Yeni il gecəsi uşaqlara qumbara atıldı - 20-dən çox yaralı var

Xpress.az Redaksiyası 01.01.2026 20:08

Filippinin cənubundakı Kotabato əyalətində Yeni il şənlikləri zamanı qumbara partlaması nəticəsində ən azı 22 nəfər yaralanıb.

Bu barədə "GMA News" telekanalı yerli polisə istinadla məlumat yayıb.

"Kotabato əyalətinin Matalam bələdiyyəsində Yeni il şənlikləri zamanı motosikletdə olan şübhəlilər tərəfindən atılan qumbaranın partlaması nəticəsində ən azı 22 nəfər yaralanıb", - məlumatda qeyd edilib.

Yaralıların əksəriyyəti uşaqlardır və hamısı hazırda xəstəxanadadır.

Kanal bildirir ki, iki şübhəli motosikletlə izdihama tərəf gedərək qumbara atıb. Polis onların kimliyini müəyyən etsə də, cinayətin səbəbini hələ açıqlamayıb. İstintaq davam edir. Məlumata görə, əyalət hakimiyyəti hadisəni pisləyib və günahkarları məsuliyyətə cəlb edəcəyinə söz verib.

Daha əvvəl Filippinin İlokos Sur əyalətindən olan və Milad gecəsi baş verən böyük yanğında demək olar ki, bütün əşyalarını itirən bir ailə yanğından yalnız bir Müqəddəs Kitabın sağ qaldığını bildirmişdi.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək