Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə "Mənzillərin paylanılması prosesi şəffaf şəkildə h...
"Mənzillərin paylanılması prosesi şəffaf şəkildə həyata keçirilir"
Ana səhifə

"Mənzillərin paylanılması prosesi şəffaf şəkildə həyata keçirilir" - ŞURA SƏDRİ + FOTO

Xpress.az Redaksiyası 21.01.2026 17:34

"Xankəndi şəhərinə bu gün ilk köç həyata keçirilib. Bugünkü köç çərçivəsində 36 ailə, ümumilikdə 162 nəfər Xankəndi şəhərinə köçürülüb. Köçürülən ailələr üçün yaşayış şəraitinin yaxşılaşdırılması, sosial təminat və infrastruktur imkanlarının artırılması istiqamətində müvafiq tədbirlər görülüb. Keçmiş məcburi köçkünlər Xankəndi şəhərində müasir tələblərə cacab verən mənzillərlə təmin olunublar".

Xpress.az xəbər verir ki, bu sözləri Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitə yanında İctimai Şuranın sədri, “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin rəhbəri Anar Xəlilov bildirib.

Şura sədri qeyd edib ki, bu proses təkcə məskunlaşma deyil, eyni zamanda sosial adaptasiya və cəmiyyətə inteqrasiyanı da əhatə edir: “Köç edən ailələrin sosial rifahının təmin olunması, təhsil və maarifləndirmə imkanlarına çıxışının genişləndirilməsi əsas prioritetlərdəndir. Vətəndaş cəmiyyəti institutları kimi biz də bu prosesə dəstək olmalı, maarifləndirici fəaliyyətimizi davam etdirməliyik”.

A.Xəlilov vurğulayıb ki, Xankəndi şəhərinə köç proqramı əlaqədar dövlət qurumlarının təşkilatçılığı ilə həyata keçirilib: "Keçmiş məcburi köçkünlər arasında mənzillərin paylanılması prossesində biz vətəndaş cəmiyyətinin nümayəndələri də Dövlət Komitəsi ilə yaxından əməkdaşlıq edir, prossesi bilavasitə müşahidə edirik. Əminliklə deyə bilərəm ki, proses tam şəffav şəraitdə həyata keçirilir. Müzaəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri sayəsində qarşıdakı dövrlərdə daha çox ailənin Xankəndi şəhərinə köçürülməsi planlaşdırılır".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Son 100 ilin ən isti qışı gözlənilir

03.11.2026 10:45 Cəmiyyət

Azərbaycanda sahibkarların ən çox olduğu iqtisadi rayonlar - SİYAHI

03.11.2026 10:11 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək