Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə "Azərbaycan turizmi yeni inkişaf mərhələsinə qədəm...
"Azərbaycan turizmi yeni inkişaf mərhələsinə qədəm qoyur"
Ana səhifə

"Azərbaycan turizmi yeni inkişaf mərhələsinə qədəm qoyur" - Kənan Quluzadə

Xpress.az Redaksiyası 27.01.2026 21:03

"2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda xarici turistlərin konvertasiya olunan valyutada xərcləri 3 milyard manatdan, yerli turistlərin isə təkcə yanvar-sentyabr ayları üzrə xərcləri 4,5 milyard manatdan artıq olub".

Xpress.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə məlumat verib.

Onun sözlərinə görə, ilin yekun göstəriciləri hələ açıqlanmasa da, ilkin qiymətləndirmələrə əsasən, turist xərclərinin 9 milyard manatı ötəcəyi proqnozlaşdırılır: "Yaxın illərdə bu göstəricilərin davamlı artımı gözlənilir ki, bu da həm ölkə rəhbərliyinin müəyyən etdiyi strateji tapşırıqlara, "2026-2030-cu illər üzrə Turizmin İnkişafı Dövlət Proqramı"na tam uyğundur.

Dövlət başçısı turizmun həm kəmiyyət, həm də keyfiyyət baxımından inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. Bu istiqamətdə kompleks tədbirlər həyata keçirilir və turizm sahəsinin daha da genişləndirilməsi nəzərdə tutulub. Azərbaycan turizmi hazırda yeni inkişaf mərhələsinə qədəm qoyur".

K.Quluzadə qeyd edib ki, postpandemiya dövründə bərpa prosesi, geosiyasi sabitliksizlik, qloballaşma və informasiya əlçatanlığının genişlənməsi fonunda dünya turizm bazarında hər bir turist üçün rəqabət getdikcə kəskinləşir. Bu şəraitdə Azərbaycan formalaşmaqda olan turizm istiqaməti kimi qlobal bazarda mövqeyini daha fəal gücləndirməli və təqdim etməlidir: "Eyni zamanda faktiki beynəlxalq təcrübələr var ki, onların tətbiqi nəticəsində dünya üzrə bütün turizm ölkələri daha çox ziyarətçi cəlb edirlər. Bu prosesin əsas komponentlərindən biri qlobal bazarda həyata keçirilən marketinq kampaniyalarıdır".

Onun sözlərinə görə, turizmin inkişafına ayrılan xərclər baxımından Azərbaycan dünyada orta mövqelərdə qərarlaşıb, 119 ölkə arasında 65-ci yeri tutur: "Bu göstərici 2024-cü il üzrə Dünya İqtisadi Forumunun Səyahət və Turizm İnkişafı İndeksindən götürülüb. "Dövlətin səyahət və turizmin inkişafına ayırdığı xərclər" göstəricisi Dünya İqtisadi Forumunun qeyd olunan hesabatında 7 ballıq şkala üzrə qiymətləndirilir. Azərbaycanda bu göstərici 2,92 balla qiymətləndirilib. Dünya üzrə orta göstərici isə 3,5 baldır. Müqayisə üçün regiondakı qonşu ölkələrdən Gürcüstan 3,07 bal (56-cı yer), Ermənistan isə 3,31 bal (51-ci yer) ilə qiymətləndirilib".

"Gəlir artımını təmin etmək üçün isə daha çox investisiya tələb olunur. 2018-2024-cü illərdə Azərbaycan Turizm Bürosu hər yeni turistin cəlb edilməsi üçün 16,7 manat xərcləyib, dövlətin vergi gəlirləri isə 94,7 manat təşkil edib. Dövlət səviyyəsində turizmin inkişafına investisiya etmək təkcə sərfəli deyil, həm də zəruridir. Çünki turizm yalnız rəqəmlərdən ibarət deyil, həm də özünü, mədəniyyətini, tarixini geniş auditoriyaya tanıtmaq baxımından ən vacib sahələrdən biridir", - deyə K.Quluzadə vurğulayıb.

Sədrin müşavirinin sözlərinə görə, turizmdən əldə olunan milyardlarla gəlirin fonunda dövlət xərclərinin "ekspertlər tərəfindən yenidən formatlaşdırılması" cəhdləri "sadəlöhv" görünür: "Məsələn, bu günlərdə bəzi media platformaları xarici jurnalistlərin, bloger və turizm sənayesinin nümayəndələrinin Azərbaycan turizminin dünya bazarında təşviqi məqsədilə cəlb olunmasına ayrılan xərclərə "təəccüblənirlər". Bu, səriştəsizliyin göstəricisidir. Turizm sahəsində rəqəmsal marketinq turistlərin cəlb edilməsinin əsas vasitələrindən biridir. Dünyada səyahətçilərin üçdə birindən çoxu səyahət ideyalarının axtarışı üçün sosial şəbəkələrə müraciət edir. Şəbəkələrdə aktiv olmaq sadəcə bizim seçimimiz deyil, bir zərurətdir. Bu istiqamətdə artıq qeyd etdiyim kimi, xərclər baxımından, hətta qonşularımızdan da geriyə qalmışıq. Buna görə də yaxın gələcəkdə ən azından rəqabət qabiliyyətimizin artırılması üçün biz məşhur şüarda deyildiyi kimi, nəinki təkcə onlara çatmalı, hətta onları ötüb keçməliyik".

"Azərbaycan yaxın illərdə xarici turistlərin cəlb edilməsi və daxili turizm bazarının inkişafı sahəsində keyfiyyət və kəmiyyət baxımından kəskin artım nümayiş etdirməyi planlaşdırır. Ölkənin potensialı buna imkan verir. Hazırda postpandemiya bərpa prosesini tamamlayırıq. Növbəti beş il ərzində həm ziyarətçi sayı , həm turizmin ÜDM-də payının artması, həm dövlət və sənaye gəlirləri, həm yeni iş yerlərinin açılması, həm də ölkənin daha da tanınması baxımından artım təmin olunacaq", - deyə K.Quluzadə fikrini tamamlayıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Son 100 ilin ən isti qışı gözlənilir

03.11.2026 10:45 Cəmiyyət

Azərbaycanda sahibkarların ən çox olduğu iqtisadi rayonlar - SİYAHI

03.11.2026 10:11 İqtisadiyyat

Qadınların xoşbəxt yaşaması üçün imtina etməli olduğu

03.11.2026 09:59 Cəmiyyət

2027-ci ildə üç bürcü xoşbəxtlik gözləyir:

03.11.2026 09:25 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək