Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Xüsusi təyinatlı təhsil müəssisələrinə
Xüsusi təyinatlı təhsil müəssisələrinə
Ana səhifə

Xüsusi təyinatlı təhsil müəssisələrinə SƏNƏD QƏBULU BAŞLANDI - FOTO

Xpress.az Redaksiyası 02.02.2026 14:12

Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti cari ilin 31 may tarixinədək Heydər Əliyev adına Hərbi İnstituta, Hərbi Tibb Fakültəsinə, Bakı və Naxçıvan Hərbi kolleclərinə, Heydər Əliyev adına və Cəmşid Naxçıvanski adına Hərbi liseylərinə elektron sənəd qəbulu elan edir.

Xpress.az xəbər verir ki, Azərbaycan vətəndaşları istənilən bölgədən mmu.edu.az saytının "Təhsil müəssisələrinə qəbul" bölməsindən müraciət etməklə seçdiyi təhsil müəssisəsinə aid sənəd qəbulu portalına keçid edərək, müvafiq portaldakı "Sənədlər" hissəsindən proseslə bağlı məlumatları əldə edə bilərlər.

Qadın cinsli vətəndaşların qəbulu yalnız Heydər Əliyev adına Hərbi İnstituta, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin "Hərbi həkim" və "Hərbi feldşer işi" ixtisaslarına nəzərdə tutulub.

Heydər Əliyev adına Hərbi İnstituta, Hərbi Tibb Fakültəsinə, Bakı və Naxçıvan Hərbi kolleclərinə müraciət edənlər üçün tibbi müayinələrin keçirilməsi 01 aprel - 30 iyun, Hərbi liseylərə müraciət edən vətəndaşlar üçün 01 may - 30 iyun, seçimlərin aparılması isə 01 iyul - 31 avqust tarixlərində nəzərdə tutulur.

Qadın cinsli namizədlərin qəbulu Müdafiə Nazirliyinin müəyyən olunmuş kadr tələbatına və ixtisaslar üzrə plan yerlərinə uyğun olaraq həyata keçirilir.

Vətəndaşları maraqlandıran suallarla bağlı Milli Müdafiə Universitetinin çağrı mərkəzi - *0811 (iş günlərində saat 09:00- dan 17:30-dək) və admission@mmu.edu.az elektron poçt ünvanı fəaliyyət göstərir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Son 100 ilin ən isti qışı gözlənilir

03.11.2026 10:45 Cəmiyyət

Azərbaycanda sahibkarların ən çox olduğu iqtisadi rayonlar - SİYAHI

03.11.2026 10:11 İqtisadiyyat

Qadınların xoşbəxt yaşaması üçün imtina etməli olduğu

03.11.2026 09:59 Cəmiyyət

2027-ci ildə üç bürcü xoşbəxtlik gözləyir:

03.11.2026 09:25 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək