Ana səhifə
Yeni Komissiya yaradıldı - İKİ DEPUTATA VƏZİFƏ VERİLDİ
Xpress.az Redaksiyası
02.02.2026 14:37
Yenidən formalaşdırılan Milli Məclisin Hesablayıcı komissiyasının ilk iclası keçirilib.
Xpress.az oxu.az-a istinadla xəbər verir ki, iclasa sədrliyi deputat Səbinə Salmanova edib.
Toplantıda üzvlər arasından Eldar Quliyev komissiyanın sədri, Mixail Zabelin isə katib seçilib.
Qeyd edək ki, parlamentin yaz sessiyasının bu gün keçirilən ilk iclasında Milli Məclisin Hesablayıcı komissiyası aşağıdakı tərkibdə yaradılıb:
1. Naqif Ələşrəf oğlu Həmzəyev
2. Sevinc Əmirəhməd qızı Hüseynova
3. Eldar Allahyar oğlu Quliyev
4. Soltan Teymur oğlu Məmmədov
5. Rövşən Şahbaz oğlu Muradov
6. Səbinə Qədir qızı Salmanova
7. Mixail Yuryeviç Zabelin.