Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Qərb elitası barədə
Qərb elitası barədə
Ana səhifə

Qərb elitası barədə İLAHİYYATÇIDAN SENSASİON AÇIQLAMA - FOTO

Xpress.az Redaksiyası 04.02.2026 08:50

“Epişteyn sənədləri mənim üçün bir neçə məsələni bir daha aydınlaşdırdı. Hər şeydən əvvəl bu sənədlərin ifşası göstərdi ki, sadəcə insan olmaq mümkün deyil. Bəzən deyirlər ki, insan ol kifayətdir. Müsəlman, xristian və ya yəhudi olmaq ikinci dərəcəli məsələdir. İnsan olmağın mənəvi əsasları, şərtləri olmalıdır. Biz mənəviyyatımızı əsas götürməsək, mənəviyyatı biologiyamızın fövqünə qaldırmasaq, həqiqi insan ola bilmərik. Biz mütləq mənəviyyatımızı qidalandırmalı, ona böyük diqqət yetirməliyik”.

Xpress.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov bildirib.

İlahiyyatçı-alim qeyd edib ki, Qərb mədəniyyəti dəyərləri, mənəviyyatı heç sayır, insan ruhunun tələblərini nəzərə almır: “Epişteyn sənədləri göstərdi ki, Qərb mədəniyyəti dəyərlərdən qopmuş mədəniyyətdir. Bu mədəniyyət dəyərləri, mənəviyyatı heç sayır, insan ruhunun tələblərini nəzərə almır. Bəli, bu mədəniyyət bizim maddi tələbatlarımızı ödəyir, amma bizim mənəvi tələbatlarımıza bu mədəniyyət cavab vermir. Bizim ruhumuz bu mədəniyyətin qarşısında acdır, o bizim ruhumuzu doydura bilmir”.

E.Məmmədov vurğulayıb ki, mənəvi cəhətdən kasad olan elita dünyanı idarə etmək haqqına layiq deyil: “Epişteyn sənədləri bir daha göstərdi ki, Qərb siyasi, intellektual və mədəni elitası nə qədər mənəvi boşluq içərisindədir. Həmin elita bu mənəvi boşluğu doldurmaq üçün istənilən iyrənc, pis işləri etməyə hazırdır. Ən azı mənəvi cəhətdən belə elita dünyanı idarə etmək haqqına layiq deyil”.

Ərturan İSMAYIL

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Son 100 ilin ən isti qışı gözlənilir

03.11.2026 10:45 Cəmiyyət

Azərbaycanda sahibkarların ən çox olduğu iqtisadi rayonlar - SİYAHI

03.11.2026 10:11 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək