Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Səfər Mehdiyevin keçmiş köməkçisi həbs edildi -
Səfər Mehdiyevin keçmiş köməkçisi həbs edildi -
Gündəm

Səfər Mehdiyevin keçmiş köməkçisi həbs edildi - SƏBƏB

Xpress.az Redaksiyası 06.02.2026 13:39

Dövlət Gömrük Komitəsinin müxtəlif yüksək vəzifələrdə çalışmış təqaüddə olan polkovniki Həbib Bağırlı həbs edilib.

Xpress.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 1980-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında anadan olmuş Həbib Bağırlı barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi protokol tərtib olunub və işə məhkəmədə baxılıb.

Məhkəmədə məlum olub ki, Həbib Bağırlının Bakıda fəaliyyət göstərən ASC-lərin birinə 423.489,69 manat borcu yaranıb. 2024-cü ildə Nərimanov rayon Məhkəməsi onun borcu ödəməsi barədə qətnamə çıxarıb. Üzərindən xeyli müddət keçməsinə baxmayaraq, Həbib Bağırlı borcundan cəmi 99 min manata yaxın ödəniş edib və 325.033 manat ödənilməmiş borc qalıb.

Nərimanov rayon İcra və Probasiya Şöbəsi tərəfindən Bağırlı Həbib Zahid oğlu barəsində protokol tərtib edilərək məhkəməyə müraciət edilib. O, məhkəmədə bildirib ki, gömrük orqanlarında müxtəlif vəzifələrdə işləyib və pensiyaya çıxıb.

Qeyd edib ki, hazırda aliment ödəyir, təqaüdünün 60 faizi alimentə yönəlir. Bu səbəbdən onun təqaüdünə yönəlmə dayandırılıb. İcra sənədi üzrə zamin olub, bağ evini girov qoyub, ev satılıb və borcun ödənilməsinə yönəldilib. Həbib Bağırlı barəsində inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş edib.

Məhkəmə isə təqaüddə olan polkovnikin xahişini nəzərə almayıb, onu İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilib və barəsində 15 gün müddətində həbs qərarı verib.

Qeyd edək ki, Həbib Bağırlı 2018-2022-ci illərdə Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin köməkçisi olub. 2022-ci ildə Səfər Mehdiyev vəzifəsindən azad olunduqdan sonra o da işdən çıxarılıb və təqaüdə göndərilib. Həmin ildən 2024-cü ilə kimi "Səba" Açıq Səhmdar Cəmiyyətində təftiş və nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb. Ehtimal edilir ki, Həbib Bağırlı ASC-də çalışdığı müddətdə sözügedən şirkətə 423.489,69 manat ziyan vurub.

Səfər Mehdiyev

Xatırladaq ki, Həbib Bağırlı Dövlət Gömrük Komitəsində çalışdığı müddətdə "Dövlət qulluğunda fərqlənməyə görə" və digər mükafatlara layiq görülüb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Paşinyan Türkiyəyə səfər edib

11.11.2026 09:08 Gündəm

Lökbatanda itlər sakinə hücum etdi -

11.11.2026 08:52 Ana səhifə

Rubio: İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara ehtiyac qalmır

10.11.2026 20:32 Dünya

Prezident İlham Əliyev Türkiyəyə səfər edib -

10.11.2026 19:19 Siyasət

Gürcüstan Azərbaycandan xiyar alışını artırıb

10.11.2026 17:42 İqtisadiyyat

Abu-Dabiyə uçublar, qoy orada oteldə otursunlar...

10.11.2026 16:47 Dünya

Zəngəzur dəhlizinin bütün hissələri 4 dörd ildən sonra istifadəyə veriləcək

10.11.2026 16:19 İqtisadiyyat

SEPAH-ın yeni raket şəhəri təqdim olunub

10.11.2026 15:52 Dünya

Quterreş: Türkiyə COP31-ə yüksək səviyyədə ev sahibliyi edir

10.11.2026 15:43 Gündəm

Azərbaycan, Gürcüstan, Bolqarıstan və Türkiyə "təmiz enerji" sazişi imzalayıblar

10.11.2026 15:39 İqtisadiyyat

COP31 prezidenti Azərbaycanın iqlim prosesinə verdiyi töhfəni qeyd edib

10.11.2026 15:06 Gündəm

Japarov Qırğızıstan Prezidenti postuna namizədliyini irəli sürüb

10.11.2026 14:48 Dünya

Keçmiş COP sədrləri COP31 Sədrliyinə dəstək bəyanatı yaydı

10.11.2026 14:25 Gündəm

Bakıda intensiv yağış yağacaq -

10.11.2026 14:13 Cəmiyyət

Cevdet Yılmaz COP31-də Azərbaycan pavilyonunu ziyarət edib

10.11.2026 13:49 Gündəm

“Güclü Ermənistan”ın namizədi həbsxanada vəfat etdi

10.11.2026 13:41 Dünya

Rəsmi Bakı Polşaya başsağlığı verib

10.11.2026 13:28 Siyasət

Sabah ölkəyə yağış yağacaq -

10.11.2026 12:50 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək