Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Şəhid Xudayarın
Şəhid Xudayarın
Ana səhifə

Şəhid Xudayarın ən son FOTOSU

Xpress.az Redaksiyası 10.02.2026 13:20

44 günlük Vətən müharibəsi Azərbaycan tarixində hərbi-siyasi qələbə ilə yanaşı, xalqın bir amal ətrafında necə səfərbər ola bildiyinin canlı sübutu kimi yadda qaldı.

Azərbaycan gəncliyinin fədakarlığı, vətən uğrunda mübarizə itkilərlə müşahidə olundu. Ərazi bütövlüyümüzün bərpası üçün şəhidlər verdik.

Onlardan biri də sərhəd qoşunlarının kiçik giziri Xudayar Yusifzadədir.

Xpress.az Modern.az-a istinadən xəbər verir ki, Zəngilan uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Xudayarın son fotosu barədə anası Radə Qurbanova danışır,

Şəhid Xudayarın ən son FOTOSU

Şəhid Xudayarın ən son FOTOSU

"Təqdim etdiyim bu fotolar Xudayarın Zəngilanda çəkilən son görüntüləridir. O, Zəngilanı göstərir və nənəsinə xitab edir: "Ay nənə, nənə…"

Deyir ki, "sizin doğma yurdunuza gedəcəyəm, orada gözəl evin-eşiyin var idi deyirdin, baxım görüm nə qalıb, nə var orada…"

Demir, döyüşmüşük, deyir "qardaşlarla Zəngilanı almışıq". Nənəsinə oradan kadrlar çəkib göndərir ki, bu da gözəl Zəngilandır.

Döyüşün ağırlığını qəsdən dilə gətirmir ki, nənəsi nigaran qalmasın. Zəngilanın azad olunması ərəfəsində isə hər an, hər yerdə təhlükə ola biləcəyini hiss edir. Ona görə də uşaqlara tapşırır ki, bir-birilərindən ayrılmasınlar, hamı bir yerdə olsun.

Xudayar ətrafı yoxlamağa gedəndə əsgər yoldaşları möhkəmdən onu səsləyir. Gecə çəkilmiş bu görüntülərdən sonra səhər açılan kimi bölgədə ağır, irimiqyaslı döyüşlər başlayıb. Görüntülərdə əsgərlərin hamısı yorğun vəziyyətdədirlər.

Görüntülərdə yer alan ərazilər Zəngilan yolunun üzərində yerləşir. Qara köynəkdə, ağacın yanında çəkilmiş foto onun son görüntüsüdür.

Körpünün üzərində çəkilən şəkil də həmin günlərə aiddir. Digər bir fotoda isə Xudayarın formasının üzərində qan izləri görünür. Zəngilanın azad edildiyi günlərdə çəkilən həmin fotolar da Xudayardan qalan son şəkillərdir".

Sərhəd Qoşunlarının kiçik giziri Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib.

Əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib. Daha sonra isə döyüşərək xidmətini davam etdirib. O, Murovdağın, Füzulinin, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.

Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilanın Ağbənd qəsəbəsi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Xudayar Yusifzadə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və bərpa edilməsi uğrunda döyüş əməliyyatlarında göstərdiyi xidmətlərə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. O, Zəngilan rayonunun işğaldan azad olunması uğrunda döyüşlərdə şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Prezidentin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə mükafatlandırılıb. Bununla yanaşı, döyüş tapşırıqlarını şərəflə yerinə yetirərək şəhid olan Xudayar Yusifzadə göstərdiyi igidlik və mərdliyə görə "Cəbrayılın azad olunmasına görə" medalı ilə də təltif edilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Son 100 ilin ən isti qışı gözlənilir

03.11.2026 10:45 Cəmiyyət

Azərbaycanda sahibkarların ən çox olduğu iqtisadi rayonlar - SİYAHI

03.11.2026 10:11 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək