Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Azərbaycan futbol tarixinin
Azərbaycan futbol tarixinin
Ana səhifə

Azərbaycan futbol tarixinin ƏN BAHALI TRANSFERİ - FOTO

Xpress.az Redaksiyası 11.02.2026 13:05

ABŞ-nin "Kolumbus Kru" klubuna keçidi rəsmiləşən "Qarabağ"ın və Azərbaycan milli komandasının hücumçusu Nəriman Axundzadə ölkə futbolunun tarixinə düşüb.

Xpress.az "Qafqazinfo"ya istinadən bildirir ki, gənc forvard yerli oyunçular arasında xarici kluba ən yüksək məbləğə transfer olunan futbolçu adını qazanıb.

Belə ki, MLS təmsilçisi 22 yaşlı hücumçu üçün 2.5 milyon avro vəsait ödəyib. Bu vaxta qədər heç bir azərbaycanlı futbolçu üçün belə bir transfer məbləği ödənilməmişdi.

Nəriman Axundzadə Azərbaycan futbol tarixinin ən bahalı transferi oldu

İndiyədək Azərbaycan Premyer Liqasından xaricə ən baha qiymətə satılan yerli oyunçu Şahruddin Məhəmmədəliyev idi. O, 2023-cü ildə 900 min avro qarşılığında Ağdam klubundan Türkiyənin "Adana Dəmirspor" komandasına keçmişdi.

Nəriman Axundzadə Azərbaycan futbol tarixinin ən bahalı transferi oldu

Premyer Liqamızdan legioner həyatı yaşamağa yollanan ikinci ən bahalı futbolçu isə "Qarabağ"ın hücumçusu, baş məşqçi Qurban Qurbanovun oğlu Musa Qurbanlıdır.

O da ötən il "Qarabağ"dan İsveçin "Yuqorden" klubuna transfer edilib. İsveç təmsilçisi bu keçid üçün 500 min avro ödəniş edib.

Nəriman Axundzadə Azərbaycan futbol tarixinin ən bahalı transferi oldu

Azərbaycan çempionatından kənarda çıxış edərkən klub dəyişən azərbaycanlı futbolçuların transfer qiymətləri də Nəriman Axundzadəyə ödənilən məbləğdən geri qalır.

2016/2017-ci illər mövsümündə millimizin almanəsilli, sonradan milliləşdirilən üzvü Deniz Yılmaz "Elazığspor"dan "Trabzonspor"a 1.8 milyon avroya transfer olunub.

Nəriman Axundzadə Azərbaycan futbol tarixinin ən bahalı transferi oldu

Digər milliləşdirilmiş futbolçu Riçard Almeyda isə 2012-ci ildə Braziliyanın "Santo Andre" komandasından "Qarabağ"a 1.28 milyon avro qarşılığında keçid edib.

Nəriman Axundzadə Azərbaycan futbol tarixinin ən bahalı transferi oldu

2023-cü ildə Ramil Şeydayev Tailandın "Buriram Yunayted" klubundan Türkiyənin "Kocaelispor" komandasına 800 min avroya transfer edilib.

Nəriman Axundzadə Azərbaycan futbol tarixinin ən bahalı transferi oldu

Azərbaycan futbolunun əfsanəvi isimlərindən olan Vəli Qasımov 1992-ci ildə Moskva "Dinamo"sundan İspaniyanın "Betis" klubuna 600 min avroya keçmişdi.

Nəriman Axundzadə Azərbaycan futbol tarixinin ən bahalı transferi oldu

Anton Krivotsyuk isə 2022-ci ildə Polşanın "Visla Plok" klubundan Cənubi Koreyanın "Daejeon Hana" klubuna 600 min avroya transfer olunub.

Nəriman Axundzadə Azərbaycan futbol tarixinin ən bahalı transferi oldu

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Son 100 ilin ən isti qışı gözlənilir

03.11.2026 10:45 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək