Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya ABŞ Ukraynaya 15 milyard dollarlıq silah verəcək
ABŞ Ukraynaya 15 milyard dollarlıq silah verəcək
Dünya

ABŞ Ukraynaya 15 milyard dollarlıq silah verəcək

Xpress.az Redaksiyası 14.02.2026 16:15

Avropa NATO ölkələri tərəfindən maliyyələşdirilən proqram çərçivəsində ABŞ 2026-cı ildə Ukraynaya ümumi dəyəri təxminən 15 milyard dollar olan silah istehsalı və tədarükü edəcək.

Bu barədə NATO-nun baş katibi Mark Rütte PBS-ə verdiyi müsahibədə danışıb.

"Amerika tərəfi Ukraynaya təchizatı dayandırmayıb. ABŞ tədarük etməyə hazırdır. Bunu fasiləsiz və maneəsiz edir", - deyə Rütte qeyd edib.

NATO-nun baş katibi bildirib ki, alyans hər ay Ukraynaya təxminən bir milyard avro yardım göndərir. Bu il isə təxminən 15 milyard dollar (12 milyard avro) dəyərində kritik silah və avadanlıqlar, o cümlədən raketlər və hava hücumundan müdafiə sistemləri göndəriləcək.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək